Əsas Səhifə > Üçüncü sektor > “EUROVISION” AKSSESUARLARI SATIŞA ÇIXARILIB

“EUROVISION” AKSSESUARLARI SATIŞA ÇIXARILIB


1-03-2012, 13:27
“EUROVISION” AKSSESUARLARI SATIŞA ÇIXARILIB

HƏLƏLİK ONLİNE ALQI-SATQI HƏYATA KEÇİRİLİR

“Eurovision” mahnı müsabiqəsinin aksessuarları eurovision.tv saytında online satışa çıxarılıb.

Eurovision.az saytı xəbər verir ki, üzərində Bakıda keçiriləcək 57-ci “Eurovision” mahnı müsabiqəsinin şüarı “Light your fire” yazılan geyim növləri (köynək, şərf, papaq), fincan, qeyd dəftərçələri, həmçinin məlumat kitabçaları və digər aksessuarlar alıcıların ixtiyarına verilib. Satış eurovision.tv saytının “"Fanshop” bölməsi üzərindən həyata keçirilir.

Aksessuar və suvenirlər Avropa Yayımları Birliyinin (EBU) rəsmi tərəfdaşı olan “Badge Direct BV” şirkəti tərəfindən hazırlanıb.

“Eurovision 2012” köynəkləri 24.95-44.95 avro, papaqları 14.95 avro, şərflər 10 avro, fincanları 7.50 avro, digər müxtəlif aksessuarlar isə 4.95-119.95 avro arasındadır. Builki aksessuarlar arasında “Eurovision” mahnı müsabiqəsi tarixində ən yaddaqalan ifaçılar barədə maraqlı faktlar və Bakı haqqında məlumatların yer aldığı kitabça da var.


Geri qayıt