Əsas Səhifə > Şou-biznes > ULVİRANIN ƏRİNDƏN GÖZLƏNİLMƏZ AÇIQLAMA

ULVİRANIN ƏRİNDƏN GÖZLƏNİLMƏZ AÇIQLAMA


1-03-2012, 14:07
ULVİRANIN ƏRİNDƏN GÖZLƏNİLMƏZ AÇIQLAMA

“BU YALANDIR”

Populyar teleaparıcı Ulvira Qarayevanın əri, meyxanaçı Tərlan Dağlı yerli mətbuatda son günlər ərzində 3-cü dəfə bıçaqlandığına dair yayılmış xəbərləri təkzib edib.

Tərlan Trend Life-a açıqlamasında bildirib ki, mahnılarının aranjmanı ilə əlaqədar Türkiyədə imiş:

"Bakıya qayıtdıqda bildim ki, guya fevralın 27-nə keçən gecə Bakıxanov qəsəbəsi ərazisində bıçaqlandığıma, yaxud özümə bıçaq zərbəsi endirdiyimə dair xəbərlər yayılıb. Bu, yalandır. Belə şey olmayıb. Hər şey qaydasındadır".

Həyat yoldaşı U.Qarayeva ilə münasibətləri haqda da danışan meyxanaçı boşanma işinin məhkəmədə olduğunu söyləyib: "Ərizəni Ulvira verib. Mən ailəmi qorumağa çalışıram".


Geri qayıt