Əsas Səhifə > Güney Press, Araşdırma > QUBALI DEPUTAT DA XƏSARƏT ALDI

QUBALI DEPUTAT DA XƏSARƏT ALDI


1-03-2012, 17:18
QUBALI DEPUTAT DA XƏSARƏT ALDI

VAHİD ƏHMƏDOV ƏSGƏRLƏRİN HƏDƏFİ OLDU

Daxili Qoşunlar polis idarəsi qarşısında mitinq iştirakçılarını dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Həmin anda Quba rayonundan parlamentin deputatı Vahid Əhmədov onlarla söhbət edirdi, bu barədə Turanın hadisə yerindəki xüsusi müxbiri xəbər verir.

Qaz tətbiqi qarşıdurmaların güclənməsinə səbəb olub və deputat meydanı tərk etmək məcburiyyətində qalıb. Yarım saat sonra o, geri qayıdıb və DİN rəhbərinin ona bir saat ərzində 200 deyil, 22 nəfər olan bütün saxlanılanların azad ediləcəyini vəd etdiyini bildirib.

Lakin aksiya iştirakçıları dağılmır və saxlanılanların dərhal azad edilməsini tələb edir.

Qarşıdurmada Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun video operatoru Rəşad Əliyev xəsarət alıb.

***

Quba mitinq iştirakçıları ilə Daxili Qoşunlar arasında qarşıdurma

Saat 16 radələrində Quba polis idarəsinin yaxınlığında mitinq iştirakçıları ilə Daxili Qoşunların bölmələri arasında qarşıdurmalar başlayıb. Minlərlə insan bu gün səhər saatlarında bütün saxlanılanların azad edilməsi tələbi ilə polis binasının qarşısına gəlib. Lakin onların tələbi təmin edilməyib.

Əsgərlərə daş və çubuqlar atılıb. Daxili Qoşunlar nümayişçiləri sıxışdırmağa və onlarla döyüşməyə başlayıblar. Əsgərlər qəti hücuma hazırlaşır, suvuran maşınları və təlim edilmiş itləri hazırlayırlar.

Qubada və qonşu rayonlarda – Xaçmaz və Qusarda İnternet kəsilib, mobil rabitə qeyri-sabit işləyib.


Geri qayıt