Əsas Səhifə > Güney Press, Araşdırma > ƏRƏB BAHARI AZƏRBAYCANA GƏLİR
ƏRƏB BAHARI AZƏRBAYCANA GƏLİR1-03-2012, 18:24 |
“BÜTÜN BUNLAR KİMSƏ ÜÇÜN ÇOXDAN SİRR DEYİL” Bruno de Kordye Belçikanın Gent universitetinin Asiya və Qafqazda münaqişələr üzrə ekspertidir. Onun son əsərlərindən biri “ərəb baharı”nın inqilab olub olmaması və Avrasiyada, xüsusən Azərbaycan, Tacikistan və Özbəkistanda təkrar edilmə ehtimalına həsr olunub. Bölgədə cari vəziyyəti təhlil edən ekspert hesab edir ki, yaxın gələcək üçün bu sualın cavabı “çox güman ki, yox”dur, amma uzaq gələcəkdə bu, ola bilər. Buna demoqrafik partlayış, sosial problemlər, sosial şəbəkə, habelə əhalinin bu ölkələrdəki hakim Ailələri qəbul edə bilməməsi səbəb ola bilər. Turanın Vaşinqton müxbirinə müsahibəsində de Kordye Azərbaycandakı hazırki vəziyyəti “ərəb baharı” regionunda inqilab ərəfəsindəki vəziyyətlə müqayisə edir. Bu günlərdə “ərəb baharı”nın ilk ildönümü qeyd olunur. Çoxları bunu Qərbin təşəbbüsü hesab edirlər. Sizcə, “ərəb baharı” hələ də davam edir? Əgər edirsə, Azərbaycan sərhədlərinə nə qədər yaxındır? Bu prosesdə Qərbin rolunu çox yüksək qiymətləndirməməliyik. Orada lokal dinamika və səbəblər var idi. Bu, bəzi qərb hökumətlərinin, beynəlxalq QHT-lərin iştirakı hiss olunan “rəngli inqilablara” bənzəmirdi. Ərəb baharı, sözün açığı, çox az insanın proqnoz edə biləcəyi tamamlanmış fakt kimi gəldi. Məsələn, Liviyanı götürək. Qəddafinin devrilməsinə qədər bir neçə il ərzində Avropada ümumi əhval-ruhiyyə elə idi ki, Liviyada qocalan Qəddafinin yerinə böyük oğlu Saif əl-İslam gələcəkdi və ola bilər ki, o, ölkəni Avropa investisiyaları və turizm üçün açacaqdı (faktiki olaraq, o bunu etməyə başlamışdı da). Mübarək və onun oğlunun rejimi haqqında da eynisini demək olar. Hazırda Azərbaycandakı və Özbəkistandakı rejimlərə qarşı da eyni münasibət müşahidə olunur. Azərbaycanda “Avrasiya baharı” ssenarisi əsasən hadisələrin gedişindən asılı olacaq. Əvvəlcədən bir şey demək çətindir. Sizin rejimin Misirdəki və ya Tunisdəki rejimlə oxşarlığı var, amma o, Özbəkistandakı hakimiyyət və ya Qəddafinin hakimiyyəti qədər də repressiv deyil. Gec ya tez nə isə baş verəcək, amma ərəb baharının zəncirvari reaksiyası kimi deyil. Bu, elə bir anda baş verəcək ki, insanların qəzəb və həqarət hissi qorxuya üstün gələcək və kritik hadisə baş verəcək. Bundan başqa, rejimin daxilindəki, məsələn gənc texnokratlar və yaşlı nomenklatura – SSRİ irsi, silahlı qüvvələrin nümayəndələri və xüsusi xidmətlər və ya hakim ailə və iqtisadiyyat üzərində nəzarətin artmasından qəzəblənmiş insanlar arasındakı ziddiyyətlər də çox mühümdür. Ümumiyyətlə, ərəb baharının psixoloji təsiri realdır. O göstərdi ki, rejimlər əbədi deyil və onların sabitliyi sünidir. Qərbin maraqlı qrupları onlarla əməkdaşlıq edirsə, başa düşmək lazımdır ki, onların öz səbəbləri və maraqları var. Bakıda demokratlar deyirlər ki, çox vaxt Azərbaycan və qərb rəsmiləri arasında danışıqlarda insan hüquqları və demokratiya mövzuları “unudulur”... Bu doğrudur? Bir çox dairələr hesab edirlər ki, enerji biznesini stabil demokratiyalarla qurmaq daha yaxşıdır. Amma real dünyada başqa cür olur. OPEK ölkələrində və ya digər bölgələrdə enerji resurslarına çıxış əldə edənlər insan hüquqları və demokratiyanı, məsələn, Səudiyyə Ərəbistanının monarxiyalarından heç də çox düşünmür. Ən yaxşı halda onlar sadəcə enerji resurslarından söhbət getdiyini etiraf edə bilərlər. Sadəcə tamaşaya son qoymaq lazımdır və bunu Azərbaycanda hər kəs dərk edir. Belə bir fikir də var ki, ərəb dünyasında hərəkatlar artıq Qərb dövlətlərinin neftlə zəngin diktaturalara qarşı siyasətinə təsir edib. Orada demokratiyanın ilk plana çıxdığı hesab edilir, bu doğrudur? Bəli, müəyyən dairələr həqiqətən ərəb ölkələrində baş verənlərdən sarsılıb. Lakin baş verənlər çox vaxt doğru qiymətləndirilmir. Belə ki, Qərbdə dünyəvi, liberal müxalifətçilərin və ziyalıların hakimiyyətə gəlməsini istərdilər. Lakin bu qüvvələrin çox məhdud sosial bazası və dəstəyi var. Eyni zamanda, etiraf etmək lazımdır ki, silahlı qüvvələr və islamçı hərəkatların təsiri daha çoxdur. Ərəb baharı haqqında danışarkən bir çox müşahidəçilər bu ölkələrin xalqları üçün hərəkətverici qüvvə hesab olunan Wikileaks-ın yaydığı məlumatların rolunu qeyd edirlər. Azərbaycan üçün bu vəziyyət nə dərəcədə doğrudur? Hesab edirəm ki, bunda sosial medianın rolu həddindən artıq şişirdilib. Bu məlumatlarda yazılanların bəziləri doğrudur: hakim ailələrin üzvlərinin və dostlarının iqtisadiyyatın əsas sektorları üzərində nəzarəti, qərb qrupları və hakim rejimlər arasında kölgə sazişləri... Bütün bunlar çoxdan sirr deyil. Son həftələr Azərbaycanda onlarla dindar həbs olunub və ölkədə dövlət və dindarlar arasında gərginlik artır. Bəzi analitiklər hesab edirlər ki, klerikalların və dindarların mövqeyi demokratiya olmadığı üçün güclənir. Hakimiyyət demokratiyaya və demokratlara düşmən kimi baxır və onları sıxışdırır. Nəticədə dindarlar güclənir. Azərbaycan bu siyasətlər haraya gedir? Məncə, Azərbaycanda islam hərəkatı yalnız repressiyalar səbəbindən güclənmir. Bundan başqa, başa düşmürəm, niyə yalnız dünyəvi demokratlar insanların nə istədiyi və hansı problemləri olduğu barədə təsəvvür üzərində monopoliyaya iddia etməlidirlər? Sosializmin və neoliberalizmin uğursuzluğu olmasa da, müflislik şəxsiyyətin ənənəvi mədəniyyətin bir hissəsi olan sosial ədalət hissi axtardığı geniş məkan yaradıb. Bu halda islam hakim elita və xüsusi xidmətlərin aləti olaraq qalır, onlar bunu anlayır və eyni zamanda qorxurlar. Geri qayıt |