Əsas Səhifə > Sosial, Manşet > QUBADA YENİ GƏRGİNLİK YARANIB

QUBADA YENİ GƏRGİNLİK YARANIB


2-03-2012, 12:01
QUBADA YENİ GƏRGİNLİK YARANIB

RAYON SAKİNLƏRİ RAUF HƏBİBOVUN HƏBSİ İLƏ BAĞLI İMZA TOPLAYIR

DİA.AZ: - Dünən bütün Azərbaycanın və həm də demək olar ki, dünyanın diqqətini özünə çəkən Quba sakinləri Rauf Həbibovla ədavətlərinə son qoymayıblar. Bu barədə məlumat redaksiyamıza Qubadakı qaynaqlardan ötürülüb.

Qubadakı əməkdaşımızın DİA.AZ-a verdiyi xəbərə görə, dünən axşam saatlarından etibarən az qala rayonun bütün ərazilərində gücləndirilmiş polis rejimi yaradılıb. Maşınlar ciddi şəkildə daxili qoşunların əsgərləri tərəfindən yoxlanılır.

Rayonda müxtəlif şaiyələr dolaşmaqdadır. Rayona ezam olunmuş müxbirimiz bildirir ki, Quba sakinlərinin təlaşı bitməyib: «Camaat dünən həbs olunanların azadlığına nail olsa da, belə bir ovqat var ki, onların hamısı yenidən həbs olunacaq. Yəni müvəqqəti olaraq azadlığa buraxılıblar. Və emosiyalar yatdıqdan sonra həmin şəxslərin arxasınca polislərin gəlmə ehtimalı var. Bir yandan da həmin adamların rayon ərazisindən kənara çıxmasının qadağan edilməsi də bu şaiyələrin inandırıcılıq payını artırıb».

Əməkdaşımız onu da bildirdi ki, Quba sakinləri istənilən halda həmin şəxsləri müdafiə edəcəklər: «Cinayət işini çıblar. Camaat narahatdır ki, bu işə görə sakinləri əbs edə bilərlər. Ən azından icra başçısının evinin yandırılmasını hökumət belə qoymayacaq. Bu da narahatçılıqların artmasına nədən olub».

Rayondan aldığımız məlumatda o da deyilir ki, amma sakinlər sona qədər mübarizə aparmaq niyyətindədirlər: «Hətta Rauf Həbibovu məhkəməyə də verməyə hazırlaşırlar. Artıq icra başçısının həbsini tələb edən müraciətin imzalanması üçün sakinlər arasında iş aparılır».

Olay diqqətimizdədir…


Geri qayıt