Əsas Səhifə > Güney Press, Araşdırma > DÖVLƏT QURUMU VƏD VERDİ
DÖVLƏT QURUMU VƏD VERDİ2-03-2012, 12:31 |
FIRILDAQ QURBANLARININ HAQLARI BƏRPA OLUNACAQ “Kamran” MMC tikinti şirkətinin 5 vəzifəli şəxsi haqqında həbs-qətimkan tədbiri seçilib. APA-nın xəbərinə görə, bunu Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə İdarəsinin rəisi Kamran Əliyev deyib. İdarə rəisi, “Birlik İnşaat” Tikinti Şirkətinin isə 3 əməkdaşı barəsində həbs-qətimkan tədbiri seçildiyini açıqlayıb: “Tikinti şirkətləri ilə bağlı aparılan cinayət işlərində vəzifələri şəxsləri cəzalandırmaqla yanaşı, eyni zamanda vətəndaşlara dəymiş ziyanın ödənilməsi istiqamətində ciddi addımlar atılıb. Biz bütün zərər çəkən insanların hüquqlarının bərpa olunmasına nail olacağıq”. Kamran Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kürdəmir və Sabirabad rayon şöbələri ilə bağlı başlanan cinayət işlərinin yekunlaşaraq məhkəməyə göndəriləcəyini açıqlayıb. Geri qayıt |