Əsas Səhifə > Güney Press, Araşdırma > MEYXANAÇI NİYƏ DURMADAN ÖZÜNƏ QƏSD EDİR?

MEYXANAÇI NİYƏ DURMADAN ÖZÜNƏ QƏSD EDİR?


2-03-2012, 12:34
MEYXANAÇI NİYƏ DURMADAN ÖZÜNƏ QƏSD EDİR?

MÜSTƏNTİQ SİRLİ OLAYI ÇÖZDÜ

“Tərlan Mustafayev polisə verdiyi ifadəsində özü-özünə xəsarət yetirdiyini etiraf edib. O bu addımı həyat yoldaşı Ulvira Qarayevanın ondan boşanmasına etiraz olaraq atdığını bildirib”.

Bunu APA-ya açıqlamasında ANS-in “Toy olsun” verilişinin aparıcısı Ulvira Qarayevanın həyat yoldaşı Tərlan Mustafayevin (Dağlı) intihara cəhd etməsi ilə bağlı işin təhqiqatını aparan Sabunçu Rayon Polis İdarəsinin müstəntiqi Hikmət Vəliyev APA-ya deyib.

Müstəntiq T. Mustafayevin özünə xəsarət yetirməsi ilə bağlı toplanmış materialların Sabunçu Rayon Prokurorluğuna göndərildiyini, yaxın günlərdə onun əməlinə hüquqi qiymət veriləcəyini qeyd edib. Böyük ehtimalla Sabunçu rayon Prokurorluğu tərəfindən T. Mustafayevin barəsində özünə qəsd etmə maddəsi ilə cinayət işi başlana bilər.

H. Vəliyev T. Mustafayevin mətbuata açıqlama verərək özünə xəsarət yetirən şəxsin o olmaması barədə dediklərinə də münasibət bildirib: “Bu məlumatlar həqiqətə uyğun deyil. Özünə xəsarət yetirən şəxs Tərlan Ağa oğlu Mustafayevdir. Onun və ailə üzvlərinin ifadəsi alınıb. Bir daha qeyd edirəm ki, Tərlan həyat yoldaşı Ulvira Qarayevanın ondan ayrılmaq istədiyi üçün bu addımı atdığını etiraf edib”.

Qeyd edək ki, sözügedən hadisə fevralın 26-dan 27-ə keçən gecə Sabunçu rayonu Bakıxanov qəsəbəsi Sülh küçəsi, ev 6-nın qarşısında qeydə alınıb. 22 yaşlı Tərlan Ağa oğlu Mustafayev qarın nahiyəsindən aldığı bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

T. Mustafayev son 2 ayda artıq üçüncü dəfədir ki, naməlum şəraitdə bıçaqlanır.

Xatırladaq ki, bıçaqlanan T. Mustafayev meyxanaçıdır, Tərlan Dağlı kimi tanınır.

T. Mustafayev ötən gün mətbuata açıqlama verərək bıçaqlanan şəxsin o olmadığını bildirib.


Geri qayıt