Əsas Səhifə > Güney Press, Üçüncü sektor > ŞİRVAN MƏHKƏMSİNDƏN ALİ MƏHKƏMƏYƏ ŞİKAYƏT

ŞİRVAN MƏHKƏMSİNDƏN ALİ MƏHKƏMƏYƏ ŞİKAYƏT


2-03-2012, 13:01
ŞİRVAN MƏHKƏMSİNDƏN ALİ MƏHKƏMƏYƏ ŞİKAYƏT

JURNALİSTİN İŞİNƏ BUNDAN SONRA BAXILACAQ

Vəkil Elçin Sadıqov “Media forum” saytına açıqlamasında məhbus jurnalist Aydın Canıyevin işi üzrə apellyasiya baxışının təxirə salındığını deyib: “Şirvan Apellyasiya Məhkəməsinin müdafiə tərəfinə xəbər vermədən iş üzrə hazırlıq iclası təyin etməsindən Ali Məhkəməyə kassasiya şikayəti vermişik. Apellyasiya prosesi kassasiya şikayətinə baxışdan sonra təyin olunacaq”.

Aydın Canıyev 2011-ci ilin sentyabrında tutulub, Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq) ittiham olunub. Lənkəran Rayon Məhkəməsi onu 3 il müddətinə azadlıqdan məhrum edib.

Jurnalist Bakı İstintaq Təcridxanasında saxlanır.


Geri qayıt