Əsas Səhifə > Partiya > "XALQ HAKİMİYYƏT SƏVİYYƏSİNDƏ ALDADILIR"

"XALQ HAKİMİYYƏT SƏVİYYƏSİNDƏ ALDADILIR"


2-03-2012, 13:22
"XALQ HAKİMİYYƏT SƏVİYYƏSİNDƏ ALDADILIR"

"NƏYƏ GÖRƏ, BU ETİRAZLAR BAŞ VERİR"

Quba rayonun icra başçısının qubalılarla bağlı məlum çıxışından sonra Qubada son illər ərzində ölkədə keçirilən kütləvi aksiyaların ən kütləvisi baş tutdu. Maraqlı olan budur ki, 2 ay bundan öncə icra başçısının qubalılarla bağlı etdiyi çıxışına etiraz məhz dünən baş verdi. Niyə məhz dünən? Bu aksiyaların 2 aydan sonra kimlərsə tərəfindən məqsədyönlü şəkildə həyata keçirilməsi mümkündürmü?
Mövzu ilə bağlı FaktXeber.com-a açıqlama verən “Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu, bu faktlara istisna etmədiyini bildirdi: “Sizin dediyiniz səbəblər ola bilsin ki, 1,2,3,4-cu bir məsələlərdir. Qubada baş verən hadisələrin konkret olaraq obyektiv səbəblərdən baş verib. Artıq hakimiyyət və regionda olan dövlət rəsmiləri o həddə çatıblar ki, bunlar artıq xalqla heç bir şəkildə hesablaşmaq istəmirlər. Onlar xalqın istəyini və tələbəni istənilən şəkildə öz maraqlarına qarşı görürlər. Bunlar hətta xalqın ləyaqətinə və mənliyinə hörmətlə yanaşmaq tələbini belə yerinə yetirmirlər. Hesab edirlər ki, xalqın ləyaqətini alçalda da bilərlər. Çox təəssüf ki, bu ənənə hakimiyyətdə getdikcə yuxarı səviyyədən aşağı səviyyəyə qədər dərinləşir. Qubada baş verən həmin məlum çıxış ənənəvi davranışın bir təzahürü idi.”

Məsələyə bir neçə aydan sonra reaksiya verilməsində təbliğatın xüsusi rolu olduğunu qeyd edən Ərəstun bəy, “videonun cəmiyyətdə yayılması müəyyən stimullaşdırılmış rol oynadı. Mən bu cür etirazların arxasında hansısa qara qüvvələrin axtarılmasının tərəfdarı deyiləm”,-deyə bildirdi: “Çünki bu minvalla istənilən aksiyalara və insanların etirazlarına istənilən ad qoya bilərik. Deyə bilərik ki, bunun arxasında Rusiya durur, onun arxasında İran durur və.s. Hətta belə bir həddə çata bilərik ki, ölkədə baş verə biləcək etiraz aksiyasının arxasında Mozambikin dayanmasını iddia etsinlər. Hesab edirəm ki, bu absurd bir iddiadır.”

Sonra Ərəstun bəy qeyd etdi ki, əhalinin etiraz cəhdlərinin arxa plana keçirmək cəhdlərinin yolverilməzdir. “Əgər Qubada rayonunda qısa müddət ərzində icra başçısı işləmiş adam özünə iki villa tikirsə və bu proses torpaq sahəsini 30-40 manata satan vətəndaşların qarşısında baş verirsə bunun özü obyektiv səbəbdir. Digər tərəfdən əgər icra başçısı müşavirə keçirərək yüzlərlə adamı təhqir edirsə, buna başqa nə ad qoymaq olar.”

Hazırda hətta dövlət başçısı səviyyəsində xalqın aldadıldığını qeyd edən ekspert, rəsmilər tərəfindən iş yerlərinin açılması və yoxsulluğun aşağı səviyyəyə salınması və digər məsələlərlə bağlı səsləndirilən fikirlərin yalan olduğunu bildirdi: “Əgər ölkədə yoxsulluq aşağı səviyyəyə düşübsə nəyə görə, bu etirazlar baş verir. Hələ Quba Azərbaycandakı rayonlar içərisində ən kasıbı hesab edilmir. Əgər 50 min Sabirabad və Saatlı sakini subasma nəticəsində öz evlərindən ayrı düşərək, hansısa oliqarxların onların torpaq sahələrinə sahib çıxmasına görə de-fakto deportasiya edilərək çölün düzündə qondarma bir evlə təmin olunurlarsa, onda bu insanlar nə ilə yaşamalıdırlar. Həmin sakinlər bütün həyatlarını torpaq üzərində qurublar. İndi həmin sakinlər etiraz etsələr bunun səbəbinin digər ölkələrdə axtarmalıyıq.”

Sonda Ərəstun bəy qeyd etdi ki, istənilən ölkələrdə xalqın etiraz etməsinin yeganə səbəbi hakimiyyətinin etinasız, yararsız daxili siyasəti və əhalinin maraqlarının nəzərə almamasından doğur.”


Geri qayıt