Əsas Səhifə > Partiya > “BAKSOVET” YENƏ DƏ “YOX” DEDİ

“BAKSOVET” YENƏ DƏ “YOX” DEDİ


5-10-2011, 14:53
“BAKSOVET” YENƏ DƏ “YOX” DEDİ

İRANA QARŞI AKSİYAYA RƏDD CAVABI

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Dünya Azərbaycanlıları Konqresinin (DAK) İranın Azərbaycandakı səfirliyinin binası qarşısında aksiya keçirməsi ilə bağlı məktubuna cavab verib.

DAK mətbuat xidmətindən APA-ya verilən məlumata görə, məktubda BŞİH Nazirlər Kabinetinin müvafiq qərarı əsas gətirərək, aksiyanın keçirilməsini məqsədəuyğun hesab etməyib.

DAK-dan isə bildirilib ki, təşkilat aksiyanı keçirməkdə israrlıdır.

Qeyd edək ki, oktyabrın 6-da DAK-ın keçirmək istədiyi aksiyada İranda azərbaycanlıların hüquqlarının pozulmasına və Urmiya gölünün quruması prosesinə bu ölkənin dövlət qurumlarının biganəliyinə etiraz edilməsi nəzərdə tutulur.


Geri qayıt