Əsas Səhifə > Dünya > DAVUDOĞLU SURİYALI MÜXALİFLƏRLƏ GÖRÜŞÜB
DAVUDOĞLU SURİYALI MÜXALİFLƏRLƏ GÖRÜŞÜB3-03-2012, 12:55 |
NAZİR TÜRKİYƏNİN MÖVQEYİNİ ÇATDIRIB Xarici işlər naziri Əhməd Davudoğlu Suriya müxalifətinin yaratdığı Suriya Milli Şurasının üzvləriylə görüşüb. 4 saata yaxın davam edən görüşdə konkret mesajlar verilib. Davudoğlu Türkiyənin Suriyaya baxışını detallı şəkildə izah edib. Tunisdə keçirilən "Suriyanın Dostları" Konfransından sonra dəyərləndirmə xarakteri daşıyan görüşdəTürkiyənin Suriyada insan haqlarının pozulmasına qarşı beynəlxalq təşəbbüsləri də gündəliyə gəlib. Davudoğlu Suriyanın Türkiyə üçün çox mühüm olduğunu deyib: "Suriyada etnik və dini əsaslı siyasət doğru olmaz. Milli Şura hər etnik və dini kəsimdən olan təmsilçiləri əhatə etməli, kimsəni kənarlaşdırmamalıdır". Xarici işlər naziri Əsad rejimindən qaçan və Hataydakı düşərgələrdə qalan suriyalılara Türkiyənin dəstəyinin davam edəcəyini söyləyib: "Suriya xalqına evimiz, qapımız açıq qalacaq". İstanbulda keçiriləcək "Suriyanın Dostları" toplantısına dair fikir mübadiləsinin aparıldığı görüşdə müxaliflər beynəlxalq birliyin bəzi üzvlərinin laqeydliyindən şikayət ediblər və Suriya xalqına humanitar yardım çatdırılmasının vacibliyini vurğulayıblar. Geri qayıt |