Əsas Səhifə > Üçüncü sektor > İNSAN ALVERİ QURBANLARINA YARDIM EDİLDİ

İNSAN ALVERİ QURBANLARINA YARDIM EDİLDİ


3-03-2012, 14:38
İNSAN ALVERİ QURBANLARINA YARDIM EDİLDİ

DİN-LƏ ORTAQ LAYİHƏ HƏYATA KEÇİRİLİB

Daxili İşlər Nazirliyinin İnsan Alveri Qurbanlarına Kömək Fondu tərəfindən insan alveri və
potensial qurbanların ehtiyaclarının qiymətləndirilməsi prosesi həyata keçirilmişdir.
Ehtiyacların qiymətləndirilməsi əsasında qurbanlar və potensial qurbanların övladları üçün
məktəbli formasına olan ehtiyacları müəyyənləşdirilmişdir.
Ehtiyacların qiymətləndirilməsi prosesində həmçinin İnsan alveri ilə mübarizə üzrə QHT
Koalisiyasının resurslarına baxılmış və orta ümumtəhsil məktəbləri ilə işləyən “Azərbaycan
Valideyn–Müəllim Assosasiyası” İctimai Birliyi bu ehtiyacın ödənilməsi üçün tərəfdaş
seçilmişdir.
“Azərbaycan Valideyn –Müəllim Assosasiyası” İctimai Birliyi öz tərəfindən əməkdaşlıq etdiyi
“BAKI TİKİŞ EVİ “ ATSC fabrikinə müraciət etmiş və həmin qurum tərəfindən 905.0 manat
məbləğində
26 dəst məktəbli forması tikilərək Kömək Fonduna verilmişdir.
01 mart 2012 –ci il tarixdə məktəbli formaları qurbanlar və potensial qurbanların uşaqları olan 26 nəfərə paylanmışdır.


Geri qayıt