Əsas Səhifə > Sosial, Manşet > QUBA ÜSYANI SABİRABADDA TƏKRARLANIR
QUBA ÜSYANI SABİRABADDA TƏKRARLANIR5-03-2012, 12:35 |
İCRA BAŞÇISI NAZİM İSMAYILOV RAUF HƏBİBOVUN AQİBƏTİNDƏN DƏRS ALMADI DİA.AZ: - Sabirabad rayonun icra hakimiyyətinin başçısı Nazim İsmayılovdan ciddi şəkildə etirazlar gəlməkdədir. Rayon sakinlərinin DİA.AZ-a verdikləri məlumatlardan belə aydın olur ki, icra başçısı yerli əhali ilə rəftarında kobud davranır. Hətta onun bu yaxınlarda rayonun kəndlərinin birində orta məktəbdə olarkən müəllimələrlə kobud rəftar etdiyi, məktəbin direktorunu hamının gözü önündə təhqir etdiyi bildirilir. Bundan başqa sakinlər deyirlər ki, başçı özünü rayonda padşah kimi aparmaq istəyir. Fevral ayında qar yağan zaman köməkçisi saatlarla icra hakimiyyətinin binası qarşısında dayanaraq başçının gəlməsini gözləyib. Nazim İsmayılovun Mirzə adlı köməkçisi bir neçə saat icra hakimiyyətinin binası qarşısında dayanaraq onun gəlməsini gözləyib. Rayon mərkəzində yaşayan əhali bildirir ki, əslində Mirzə hər gün eyni qaydada binanın qarşısında dayanıb. Məlumatlara əsasən Mirzə soyuq havada saatlarla gözləyəndən sonra ağır xəstələnsə də işə gedib-gəlməkdə davam edib. Bundan başqa məlumatlara əsasən icra başçısı rayonda heç kimi dinləmədən, hətta əhalinin və mütəxəssislərin ciddi narazılığını nəzərə almadan təbii sərvətləri də talan edir. Məlumatlara görə, Nazim İsmayılovun göstərişi ilə Sabirabad şəhərində mərkəzi stadionun yaxınlığında yerləşən Çala adlanan təbii gölün qurudulmasına başlanılıb. Hansı ki, Kür çayının sahilində yerləşən Sabirabad şəhərinin qrunt sularının hamısı təbii və drenaj yoluyla bu gölə axıdılır. N.İsmayılovun göstərişi ilə gölün qurudulmasından sonra hətta rayonun kanalizasiya sularının axıdılması problem idə yaranıb. Bildirilir ki, bununla bağlı olaraq bir sıra istiqamətlərdə bu məsələ ilə bağlı araşdırmalar aparılıb. Məlum olub ki, əslində gölün qurudulması məsələsi ilə bağlı olaraq Ekalogiya və Təbii Sərvətlər Nazirliyinin əlaqədar qurumları susmağa üstünlük verirlər. Gölün qurudulması isə rayon sakinləri arasında ciddi narızılıqlar da yaşanıb. Bununla əlaqədar olaraq narazılıqlara isə xarakterinə uyğun olaraq N.İsmayılov çox kobud şəkildə cavab verib. Sakinlər iddia edirlər ki, əslində göl qurudulması işi başa çatmasa da, artıq qurudulacaq yerlərin torpaq sahəsi olaraq sənədləri paylanıb və torpaq sahiblərindən pul da alınıb. Böyük ehtimalla bu təbii gölün qurudulmasından sonra əgər rəsmi dairələrdə narızılıqlar yaşanarsa, o zaman böyük etirazlar da yaşana bilər. Mövzuya qayıdacağıq. Geri qayıt |