Əsas Səhifə > Sosial, Manşet > BAYILDA SAKİNLƏR OD PÜSKÜRDÜ

BAYILDA SAKİNLƏR OD PÜSKÜRDÜ


5-03-2012, 13:05
BAYILDA SAKİNLƏR OD PÜSKÜRDÜ

«ELƏ ETMƏSİNLƏR Kİ, QUBA ÜSYANINI BAKININ MƏRKƏZİNDƏ TƏKRARLAYAQ»

DİA.AZ: - Son zamanlar «Avroviziya-2012» yarışmasının tədarükü ilə əlaqədar başdan-başa tikinti meydançasına çevrilən və söküntü işləri zamanı əhalisi narazı salınan Bakının Səbayel rayonunun Bayıl qəsəbəsinin sakinləri yenidən etiraz aksiyasına əl ata bilər.

Bu barədə məlumatı redaksiyamıza qəsəbə sakinləri bildiriblər və DİA.AZ-a verdikləri açıqlamalarında onlar pərakəndə şəkildə həyata keçirilən inşaat işlərindən artıq cana doyduqlarını bildirirlər:

«Nə dinclimiyiz var, nə də güzəranımız. Yolları darmadağın edən yük maşınları da şəxsi maşınları əzərəkət hərəkət edirlər. Kimsəyə şikayət edə bilmirik. Hətta polis də inşaat maşınlarının sürücülərinin qarşısında acizdir».

Sakinlər bildirirlər ki, inşaat işlərinin yanlış aparılması səbəbindən iki gündən bir gah işıqları kəsilir, gah da suları: «Bu gün səhər saatlarından da Bayılın yarısının suyu kəsilib. Keçən dəfə «Azərsu»nun rəhbərliyinə xəbərdarlıq etdik, amma qulaqardına vuruldu. Qorxmaz Hüseynov elə etməsin ki, ona da biz Bayıl sakinləri Rauf Həbibovun taleyini yaşadaq. Elə etməsinlər ki, Quba üsyanını Bakının mərkəzində təkrarlayaq».

Redaksiyamıza giley-güzarlarını çatdıran sakinlər axşama qədər yerli strukturlara vaxt verdiklərini də söylədilər: «Əgər problem həll olunmazsa, yolları bağlayacağıq. Görək, bu yük maşınları hardan və necə hərəkət edəcək»…

Mövzu diqqətimizdədir…


Geri qayıt