Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > QUBA ÜSYANINDA NARDARAN İZİ

QUBA ÜSYANINDA NARDARAN İZİ


5-03-2012, 13:17
QUBA ÜSYANINDA NARDARAN İZİ

QUBADA HƏBS OLUNANLARIN ÇOXU NARDARAN VƏ MAŞTAĞA SAKİNLƏRİDİR

Rəsmi mənbələr 1 mart Quba iğtişaşlarının təhqiqatının gedişi barədə susmaqda davam edir.

Belə ki, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov həbs olunanların sayı və kimliyi, hansı maddələrlə cinayət məsuliyyətinə cəlb olunmaları barədə Turan-ın suallarını cavablandırmaqdan imtina edib. “İstintaqın gedişi barədə ictimaiyyətə əlavə məlumat veriləcək”, - o bildirib.

Qubada dolaşan şayiələrə görə, 20-dən çox adam həbs olunub və onların əksəriyyəti yerli sakinlər yox, Bakının Nardaran və Maştağa kəndlərinin sakinləridir.

Öz növbəsində Nardaran ağsaqqalları bu cür fikirləri inkar edərək bildiriblər ki, son günlər qəsəbə sakinlərindən heç kim saxlanmayıb və belə şayiələr qəsdən yayılır.

Xatırladaq ki, martın 1-də Qubada bir neçə min adam İcra Hakimiyyəti başçısının yerli sakinlərin ünvanına 2011-ci il noyabrın 22-də səsləndirdiyi təhqirə (icra hakimiyyəti başçısının dedikləri www.yotube.com saytında yerləşdirildikdən sonra) etiraz olaraq mitinq keçirib. Sonradan dinc mitinq iğtişaşa çevrilib. Etirazçılar icra hakimiyyətinin binasının şüşələrini sındırıb, icra başçısının evini yandırıb. Qubaya Daxili Qoşunlar və Çevik Polis Alayının qüvvələri yeridilib. İğtişaşçılar daş və asfalt parçaları ilə polis qüvvələrinə hücum edib. Polis isə gözyaşardıcı qazdan istifadə edib. Nəticədə hər iki tərəfdən xəsarət alanlar olub.

Polis saxlanılanları buraxdıqdan və icra başçısının postdan kənarlaşdırıldığı elan edildikdın sonra camaat dağılışıb.


Geri qayıt