Əsas Səhifə > Güney Press, Araşdırma > NEFT İXRACIMIZ İFLASA UĞRAYIR
NEFT İXRACIMIZ İFLASA UĞRAYIR5-03-2012, 13:21 |
SOCAR-IN SATDIĞI NEFTİN MİQDARI GÜNBƏGÜN AŞAĞI DÜŞÜR Azərbaycandan neft məhsullarının ixracı azalmaqda davam edir. Belə ki, yanvar-fevral aylarının yekunlarına görə, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) xarici bazarlarda cəmi 200 min 402 ton neft məhsulu satıb (fevralda - 83,151 min ton), bu da 2011 və 2010-cu illərin müqasiyə edilən dövrlərindən müvafiq olaraq 13,3% və 34,7% azdır. SOCAR-ın mətbuat xidmətinin verdiyi məlumata görə, bu müddət ərzində 13,251 min ton avtomobil yanacağı (fevralda - 7,573 min ton), 164,142 min ton dizel yanacağı (62,791 min ton) və 23,009 min ton aviasiya yanacağı (12,787 min ton) ixrac edilib. Qeyd etməmək olmaz ki, ixrac edilən neft məhsulları arasında yenə də mazut yoxdur, baxmayaraq ki, bir müddət fasilədən sonra, düz bir il əvvəl Dövlət Neft Şirkəti xarici bazarlarda mazut satmağa başlamışdı. SOCAR-dakı mənbələrə Turana bildirib ki, ilin əvvəlində xaricə neft məhsullarının tədarükünün azalması onunla bağlı idi ki, yanvarda ölkənin aparıcı neft emal edən müəssisəsindən - H.Əliyev adına NEZ-də profilaktik təmir işləri ilə əlaqədar iki həftəliyə əsas istehsal xətləri dayandırılmışdı. Ancaq bu az inandırıcıdır, çünki əvvəllər də demək olar ki, hər ilin əvvəlində bu NEZ-də bənzər işlər aparılıb, bunun da neft məhsullarının ixracına heç bir təsiri olmayıb. Dövlət Neft Şirkəti həmçinin bildirir ki, fevralın yekunlarına görə, dünya bazarlarında 1t ton avtomobil benzinin qiyməti $1058 (2011-ci ilin fevralında bu göstərici $905,24 olub), aviasiya yanacağı - $1042 ($942,84), dizel yanacağı $998,27 ($868,63) təşkil edib. Geri qayıt |