Əsas Səhifə > Güney Press, Üçüncü sektor > NOVRUZDA ƏFV GÖZLƏNİLİR

NOVRUZDA ƏFV GÖZLƏNİLİR


5-03-2012, 14:07
NOVRUZDA ƏFV GÖZLƏNİLİR

VİCDAN VƏ HİCAB MƏHBUSLARI DA SİYAHIDA OLA BİLƏR

Azərbaycanda Novruz bayramı münasibəti ilə növbət əfv fərmanının imzalanması ilə bağlı məlumat yayılıb. Məlumata görə, artıq Əfv Komissiyasının iclaslarının başlanması haqda qərar verilib. Yaxın günlərdə komissiyanın ilk iclasının keçirilməsi nəzərdə tutulur. Novruz bayramı münasibəti ilə imzalanacaq əfv fərmanı ilə bağlı millət vəkili, Əfv Komissiyasının üzvü Çingiz Qənizadə, FaktXeber.com-un suallarını cavablandırıb.

- Çingiz bəy, Novruz bayramı münasibəti ilə həyata keçiriləcək əfv fərmanının imzalanması haqqında yayılan məlumatlar nə dərəcədə doğrudur?
- Təbii ki, biz belə bir əfv fərmanının imzalanmasını arzulayırıq. Eyni halda, Novruz bayramında əfv fərmanının həyata keçirilməsi gözləniləndir. Hesab edirik ki, Avroviziya mahnı müsabiqəsi qabağı əfv fərmanı ilə müəyyən insanların, xüsusi ilə hazırda ictimai müzakirəyə səbəb olan məhbusların əfv edilməsi həyata keçiriləcək. Hazırda qanun və məhbusların cəzalarının bir hissəsini çəkməsi məhkumların əfv edilməsinə imkan verir. Lakin hələ ki, əfv fərmanının veriləcəyi haqda hər hansı bir rəsmi məlumata malik deyilik.

- Sizcə növbəti əfv fərmanı kimlərə şamil olunacaq? Əfv fərmanının aprel aksiyalarında həbs edilən vicdan məhbuslarının düşməsi nə dərəcədə mümkündür?
- Bu istiqamətdə bizim monitorinq qrupunun üzvləri müəyyən işlər görürlər. Yəqin ki, yaxın günlərdə gördüyümz işlərlə bağlı ictimaiyyətə açıqlama verəcəyik. Çalışırıq ki, bununla bağlı bəzi dövlət rəsmiləri il görüşlərimiz baş tutsun. Görüşlər zamanı vicdan məhbuslarının əfv edilməsi ilə bağlı müəyyən məsələləri qaldırırıq. Vicdan məhbuslarının əfv edilməsi ilə bağlı Monitorinq Qrupu olaraq rəsmi müraciət edəcəyik. Eyni halda, digər xəstə məhbuslarla bağlı da müəyyən təkliflər səsləndirəcəyik. Ümumiyyətlə bu münasibətlə ümumi amnistiya aktının qəbul edilməsi çox müsbət olardı. Lakin bununla bağlı Milli Məclisdə hər hansı bir qanun layihəsi hazırlanmayıb.

- Hicab aksiyasında həbs edilənlərlə bağlı hər hansı bir addım atılacaqmı?
- Hicab aksiyasında həbs edilənlərə olduqca diqqətlə yanaşırıq. Belə hesab edirik ki, hicab aksiyasının arxasında müəyyən qüvvələr durur. Hicab məhbusları tərəfindən bizlərə tək-tək müraciətlər ünvanlanıb. Təbii ki, hicab aksiyasında həbs edilənlər əfv edilmələri üçün belə müraciət etmək istəmirlər. Onlar müraciət etdikdən sonra bununla bağlı geniş müzakirələr aparacağıq.


Geri qayıt