Əsas Səhifə > Partiya > NAXÇIVAN CƏBHƏÇİSİ MÜDAFİƏ OLUNDU
NAXÇIVAN CƏBHƏÇİSİ MÜDAFİƏ OLUNDU6-03-2012, 12:15 |
ZEYNAL BAĞIRZADƏNİN HƏBSİ PİSLƏNİLİR Demokratiya və QHT-nın İnkişaf Resurs Mərkəzi 02 mart 2012-ci ildə Babək rayon 52 yaşlı Nehrəm kənd sakini, AXCP fəalı Zeynalabdin Bağırzadənin 7,5 il həbs cəzasına məhkum olunmasından narahatçılığını və təəssüfləndiyini bildirir. Z. Bağırzadə Babək rayonu “Çernobıl əlillər Cəmiyyətinin” üzvü olsada o saxta ittihamlarla 26 dekabr 2011-ci il tarixdə AR CM-in 310 (Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə), 320.2 (bilə-bilə saxta sənədlərdən istifadə etmə), 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri üzrə ittiham olunaraq istintaq müddəti ərzində 3 ay azadlıqdan məhrum edilmişdir. İstintaq müddəti də daxil bütün məhkəmə proseslərində Resurs Mərkəzinin əməkdaşları iştirak edərək monitorinqlər keçirib. İstintaq müddəti ərzində Naxçıvan MR Prokurorluğu və Babək rayonu Milli Təhlükəsizlik İdarəsinin əməkdaşlarının birgə araşdırması ilə Babək rayon “Çernobıl Əlillər Cəmiyyətinin” üzvlərinin təqaüdlərinin verilməsi dayandırılaraq üzvlərdən prokurorluqda izahatlar alınıb. İzahatlar alınan zaman bəzi “Çernoblçılara” təzyiqlər edilərək Z. Bağırzadənin əlehinə ifadələr alınmasına cəhdlər göstərilib. İttiham tərəfi izahatların alınması zamanı istəklərinə nail olmadıqda digər “şahidlərdən” istifadə etmişdir. Bu şahidlərdən biri əvvəllər Babək rayon Hərbi Komissarlığında işləyən Xəqani Rəhimov, digəri isə həmin dövrdə N saylı hərbi hissənin giziri Tapdıq Həmzəyev məhkəmə prosesində Z.Bağırzadənin hərbi biletində təmənnasız saxtalaşdırma apardıqlarını və bunun qarşılığında Bağırzadədən heç nə almadıqlarını bildiriblər. Amma nədənsə hərbi biletin əsli itirilmiş surəti isə təsdiqlənmədən dəlil-sübut kimi istifadə edilməkdədir. Məhkəməyə İttihamla bağlı heç bir tutarlı rəsmi sənəd təqdim etməyən prokurorluq yalançı şahidlərlə kifayətlənməli olub. Bağırzadənin hüquqlarını müdafiə edən vəkil Əsabəli Mustafayev də məhkəmə prosesinin qərəzli sifarişlə keçirildiyini proses zamanı bildirdi. Vəkil günahlarını etiraf edən “şahidlərə” qarşı təcili cinayət işinin qaldırılması ilə bağlı vəsatətlə çıxış etsədə bu şahidlər dövlət ittihamçısı və məhkəmə tərəfindən müdafiə olunaraq vəsatət rədd edildi. Açıq aşkar hiss olunurdu ki, şahidlərin Bağırzadə əleyhində verəcəkləri ifadə əvvəlcədən prokurorla razılaşdırılıb. Onu da qeyd edək ki, Z. Bağırzadəyə qarşı təzyiqlərin başlaması 2011-ci ilin yayından başlayıb. Yerli hakimiyyət orqanları Z. Bağırzadənin və qardaşı Yaşar Bağırsoyun siyasi fəaliyyətlərini əngəlləmək məqsədilə onların fermer təsərrüffatlarının fəaliyyətinə maneələr törətmiş və üç gün Babək rayon polis idarəsində vəhşicəsinə döyülərək qardaşlar işgəncələrə məruz qalmışlar. Resurs Mərkəzi bildirir ki, Z. Bağırzadənin timsalında yerli hakimiyyət siyasi əqidəsinə və dünyagörüşünə görə vətəndaşları təqib edir hətta həbslərə atır. Qeyd edilənləri nəzərə alaraq Demokratiya və QHT-nın İnkişaf Resurs Mərkəzi bildirir: 1. Zeynalabdin Bağırzadəyə qarşı başlanmış qərəzli kompaniya dayandırılsın və o dərhal azadlığa buraxılsın; 2. Naxçıvan MR-da siyasi əqidəsinə və dünyagörüşünə görə insanlara təqib və təzyiqlər dayandırılmalı onlara siyasi və ictimai fəaliyyət üçün şərait yaradılmalıdır; 3. Hakimiyyət orqanları ATƏT, Avropa Şurası və BMT qarşısında üzərinə götürdüyü beynəlxalq öhdəliklərə əməl etməlidir; 4. Resurs Mərkəzi insan hüquq və azadlıqlarına hörmət edən bütün yerli və Beynəlxalq təşkilatları, dövlət orqanlarını Naxçıvan MR-da baş verən özbaşınalıqlara münasibət bildirməyə çağırır. Geri qayıt |