Əsas Səhifə > Dünya > TİMOŞENKO HƏBSDƏ QALDI

TİMOŞENKO HƏBSDƏ QALDI


5-10-2011, 16:16
TİMOŞENKO HƏBSDƏ QALDI

YANUKOVİÇ ƏSAS RƏQİBİNİ AZADLIQDA GÖRMƏK İSTƏMİR

Ukrayna Ali Radası cinayət məcəlləsindən 365-ci maddənin (vəzifə cinayətləri haqqında) çıxarılması haqqında qanun layihəsini dəstəkləməyib.

“Qafqazinfo”nun “İnterfaks”a istinadən verdiyi xəbərə görə, hal-hazırda bu maddə ilə Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenko mühakimə edilir.

Səsvermə vaxtı sənədin qəbulu üçün yalnız müxalifətdən olan deputatlar səs veriblər. İclasda iştirak edən 424 deputatın 144-nün sənədin lehinə səs verdiyi bildirilir. Regionlar, Kommunist və Xalq patiyalarının yaratdığı koalisiyaın nümayənədləri səsvermədə iştirak etməyiblər.

Gözlənilirdi ki, Ukrayna hakimiyyəti bu qanun layihəsindən istifadə edərək Timoşenko barəsində həbs qərarını dəyişdirə bilər.


Geri qayıt