Əsas Səhifə > Partiya > BÖYÜK XALQ HƏRƏKATI 11 MARTA HAZIRLAŞIR

BÖYÜK XALQ HƏRƏKATI 11 MARTA HAZIRLAŞIR


6-03-2012, 14:29
BÖYÜK XALQ HƏRƏKATI 11 MARTA HAZIRLAŞIR

HƏR AZADLIQ AŞİQİ BU GÜNÜ QEYD EDƏ BİLƏR

Bir qrup gəncin sosial şəbəkələrdə başlatdığı Böyük Xalq Hərəkatı etiraz kampaniyasının təşkilatçılarından olan gənc fəal Elnur Məcidli martın 6-da “Media forum” saytına açıqlama verib.

Parisdə yaşayan Elnur Məcidlinin sözlərinə görə, hazırda işlər qaydasında gedir, hansısa problem ortaya çıxmayıb: “Avropada bir sıra görüşlərimiz olub. Azərbaycanlı mühacirlərlə, müxalif fikirli insanlarla görüşmüşük. Görüşlərimizin əsas məqsədi oradakı narazı qüvvələri birləşdirməkdir”.

Gənc fəal bildirib ki, martın 11-nə hər hansı tədbir planlaşdırmayıblar: “Biz bu günü Böyük Xalq Günü adlandırırıq. Hər azadlıq aşiqi bu günü öz istədiyi formada, tam azad şəkildə qeyd edə bilər. Biz insanlarda etiraz şüuru formalaşdırırıq. Bu şüurun olmadığı ölkədə hansısa hüquqların qorunmasından və ya bərpasından söhbət gedə bilməz. Etiraz ruhunun formalaşması və inkişafı vətəndaş cəmiyyətini də gücləndirir, ictimai nəzarəti artırır”.

Elnur Məcidli bildirib ki, artıq internetdəki “11 Mart Böyük Xalq Günü” səhifəsinin 8200-dən çox üzvü var: “Hədəfimiz mart ayının sonuna qədər bu rəqəmi 10 min nəfərə çatdırmaqdır”.


Geri qayıt