Əsas Səhifə > Partiya > GƏNCLƏR ETİRAZ AKSİYASI KEÇİRMƏK İSTƏDİLƏR

GƏNCLƏR ETİRAZ AKSİYASI KEÇİRMƏK İSTƏDİLƏR


6-03-2012, 16:11
GƏNCLƏR ETİRAZ AKSİYASI KEÇİRMƏK İSTƏDİLƏR

POLİS CƏBHƏÇİ GƏNCLƏRİ SAXLAYIB

Martın 6-da Azərbaycan Xalq Cəbhəsi Partiyası Gənclər Təşkilatının bir qrup üzvü Bakıda, metronun “Elmlər Akademiyası” stansiyası yaxınlığında aksiya keçirməyə cəhd edib.

Polis aksiyaçıları (Əbülfəz Qurbanlı, Toğrul İbrahimov, Dadaş Sadiqli, Nuru Nuruzadə, Bəyim Həsənli, Məcid Mərcanlı, Məmməd İbrahim, Dəyanət Babayev) saxlayıb. Hazırda onlar Yasamal Rayon Polis İdarəsindədirlər.

AXCP Gənclər Təşkilatının sədri Əbülfəz Qurbanlının idarədən “Media forum” saytına verdiyi məlumata görə, polis onları saxlayanda Dəyanət Babayev və Cabbar Savalanlı ciddi xəsarət alıb: “Hər ikisi sifətindən yaralanıb. Amma təcili yardım çağırılmır”.

Gənclərin aksiya keçirməkdə məqsədi cəbhəçi məhbuslar Məhəmməd Məcidli və Babək Həsənovun zorakılığa məruz qalmasına etiraz bildirmək olub.

Müxalifətin 2011-ci il aprelin 2-də keçirdiyi aksiyada tutulmuş Məhəmməd Məcidli və Babək Həsənov martın 4-də 16 saylı Cəzaçəkmə Müəssisəsindən köçürülüblər. Mətbuat köçürülmə zamanı onların fiziki zorakılığa məruz qaldığını yazır.


Geri qayıt