Əsas Səhifə > Partiya > “QUBA HADİSƏLƏRİ BÖHRANIN TƏZAHÜRÜ İDİ”

“QUBA HADİSƏLƏRİ BÖHRANIN TƏZAHÜRÜ İDİ”


6-03-2012, 16:41
“QUBA HADİSƏLƏRİ BÖHRANIN TƏZAHÜRÜ İDİ”

HAKİMİYYƏT İÇİNDƏ BÖHRANLƏ VƏZİYYƏT HÖKM SÜRÜR

1 mart hadisələrini Quba rayonunda deyil, Azərbaycanın siyasi hakimiyyət sistemində iğtişaşlar kimi dəyərləndirmək lazımdır, deyə “Obyektiv TV”yə (obyektiv.tv) müsahibəsində REAL ictimai-siyasi hərəkatının həmsədri İlqar Məmmədov bildirib.

Onun sözlərinə görə, yerli icra hakiminin təhqirlərinə görə dövlət başçısı yerli sakinlərdən üzr istəməlidir. O, rayonda ən yüksək vəzifəyə səriştəsiz insanı təyin etdiyi üçün üzr istəməlidir. Hadisələr göstərdi ki, vətəndaşlar üçün hakimiyyətin nüfuzlu qolları deyil, etibar edə biləcəkləri konkret insanlar var.

Hadisəyə və onun nəticələrinə görə bir qrup “asayiş pozucusu” deyil, dövlət başçısının administrasiyası cavab verməlidir. Prokurorluq cinayət işinə Quba rayonunun qovulmuş icra başçısından başlamalıdır.

Hakimiyyət özünə sual etməlidir – niyə minlərlə insan küçələrə çıxdı? Səbəblər aydındır – işsizlik, ildən-ilə çoxalan sosial problemlər, əhalinin Rusiyaya axını.

Quba hadisələri bütün ölkə üçün lakmus kağızıdır. Rəhbərliyin istənilən ehtiyatsız ifadəsi narazılığın partlamasna səbəb ola bilərsə, deməli idarəetmə sistemi bütünlüklə dəyişdirilməlidir.

Yaşayış məntəqəsinin rəhbəri siyasi yolla təyin edilmiş deyil, qanuni yolla seçilmiş bələdiyyə başçısı olmalıdır. Özünüidarə orqanı ona öz şəhərini etibar etmiş seçicilərlə işləməlidir. İH başçılarına tabe olan saxta bələdiyyələr yaradılmamalıdır, onlara icra hakimiyyətinin səlahiyyətləri verilməlidir. Onda əhali də özlərinin və övladlarının talelərinə daha məsuliyyətli yanaşacaq, deyə Məmmədov əlavə edib.


Geri qayıt