Əsas Səhifə > Partiya > VHP-DƏ MÜHÜM GÖRÜŞ
VHP-DƏ MÜHÜM GÖRÜŞ6-03-2012, 16:46 |
SABİR RÜSTƏMXANLI İCTİMAİ PALATA İLƏ BİR ARADA Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı İctimai Palatanın (İP) rəhbərliyi ilə görüşüb. APA-nın məlumatına görə, S. Rüstəmxanlının təşəbbüsü ilə gerçəkləşən görüş VHP-nin qərargahında, mətbuat nümayəndələrinin iştirakı olmadan keçirilib. Görüşdə İP Koordinasiya Şurasının (KŞ) üzvləri – Müsavat Partiyasının başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, Vidadi Mirkamal və KŞ-nin digər üzvləri iştirak ediblər. Görüşdə ölkədəki ictimai-siyasi vəziyyət müzakirə olunub. Qeyd edək ki, bu gün VHP-nin qərargahında İP-in respublika müşavirəsi keçirilib. S. Rüstəmxanlı görüşdə iştirak etməsə də, VHP-nin bir sıra funksionerləri bu toplantıya qatılıblar. Geri qayıt |