Əsas Səhifə > Partiya > İQBAL AĞAZADƏ HAKİMİYYƏTƏ ÇAĞIRIŞ ETDİ
İQBAL AĞAZADƏ HAKİMİYYƏTƏ ÇAĞIRIŞ ETDİ7-03-2012, 12:33 |
O, SİYASİ MƏHBUSLARI AZADLIĞA BURAXMAĞA ÇAĞIRIB Martın 7-də Milli Məclisin plenar iclasında danışan deputat, Ümid Partiyasının sədri İqbal Ağazadə siyasi motivlərlə tutulmuş şəxsləri azadlığa buraxmağa çağırıb. “Media forum” saytının məlumatına görə, İqbal Ağazadə deyib: “Martın 8-i Beynəlxalq Qadınlar Günüdür. Qarşıdan isə Novruz bayramı gəlir. Bayramlar ərəfəsində başqa Arif Hacılı olmaqla siyasi məhbusların azadlığa buraxılmasını təklif edirəm. Bu addım həm haqsız yerə həbs olunmuş şəxslərin hüquqlarının bərpası, həm də Azərbaycanın beynəlxalq imicinin yaxşılaşması baxımından vacibdir”. İqbal Ağazadə Milli Məclisin amnistiya aktı qəbul etməsi təklifini irəli sürüb: “Əgər amnistiya aktı qəbul etməyə vaxt çatmasa, onda Milli Məclis adından prezident İlham Əliyevə müraciət etmək mümkündür ki, əfv fərmanı imzalasın və siyasi məhbusları azadlığa buraxsın”. İclasda söz alan deputat Əli Məsimli 8 mart münasibətilə Azərbaycan qadınlarını təbrik edib və təklif verib: “8 Mart Beynəlxalq Qadınlar Gününün Azərbaycanda “xanımlar bayramı” adlandırılmasını təklif edirəm. Bu formatı qəbul etmək yaxşı olardı”. Geri qayıt |