Əsas Səhifə > Dünya > LİVİYA QƏDDAFİNİN ÜZÜNƏ QALIRMIŞ

LİVİYA QƏDDAFİNİN ÜZÜNƏ QALIRMIŞ


7-03-2012, 13:23
LİVİYA QƏDDAFİNİN ÜZÜNƏ QALIRMIŞ

İNDİ DƏ İNQİLABI GERİDƏ QOYMUŞ ÖLKƏ PARÇALANIR

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Ekmələddin İhsanoğlu ölkənin parçalanmasına yol verməmək üçün liviyalıları birliyin qorunub saxlanmasına çağırıb. Trend-in məlumatına görə, bu barədə təşkilatın çərşənbə günü yaydığı məlumatda deyilir.

İhsanoğlu, həmçinin liviyalıları Liviyanın yaşadığı irimiqyaslı dəyişikliklərdən sonra bərpa yolunda olduğu dövrdə Milli Keçid Şurasını (MKŞ) dəstəkləməyə çağırıb.

Dünən bir neçə Liviya tayfası ölkənin şərqindəki Kirenaik əyalətinin muxtariyyətini elan ediblər.

Kirenaik əyaləti neft ehtiyatları ilə zəngindir və burada ölkənin iri neft şirkəti yerləşir.


Geri qayıt