Əsas Səhifə > Güney Press, Üçüncü sektor > MƏMURLARIN ÇOXU RAUF HƏBİBOV KİMİDİR

MƏMURLARIN ÇOXU RAUF HƏBİBOV KİMİDİR


7-03-2012, 14:21
MƏMURLARIN ÇOXU RAUF HƏBİBOV KİMİDİR

QUBA OLAYLARININ ARDINDAN

Sərdar Cəlaloğlu: “İqtidarın indiki kadrlarla hər hansı bir islahat aparması mümkün olmayacaq”

Mirmahmud Mirəlioğlu: “Hakimiyyət əgər baş verənlərə ağılla və emosiyasız yanaşacaqsa, mütləqdir ki, islahatlar baş verəcək”

Bir neçə gün bundan öncə Qubada baş verən məlum hadisə bütün ölkə və dünya ictimaiyyətində geniş ajiotaj doğurdu. Hadisədən sonra hakimiyyətin müəyyən islahatlara start verməsi ilə bağlı müxtəlif məlumatlar yayılıb.
Bəs həqiqət necədir? Doğrudan da hakimiyyət ölkədə islahataların aparılması üçün hər hansı bir ciddi işlər görəcəkmi? Nəzər alsaq ki, bu hadisələr məhz keçən il ərəb baharının baş verdiyi bir ərəfəyə təsadüf edir.
Məsələ ilə bağlı FaktXeber.com-a açıqlama verən ADP sədri Sərdar Cəlaloğlu və KXCP sədri Mirmahmud Mirəlioğlu maraqlı fikirlər səsləndirdilər.

Azərbaycan hökumətinin heç vaxt islahatlara getməyəcəyini söyləyən ADP sədri, “Quba hadisələrinin iqtidar tərəfindən təhlili onu göstərdi ki, hakimiyyət Qubada baş verənləri mahiyyət cəhətdən özü üçün müəyyən edə bilməyib”, - deyə bildirdi: “İqtidarın indiki kadrlarla hər hansı bir islahat aparması mümkün olmayacaq. Çünki həmin kadrlar 99%-i Quba icra hakimi ilə eyni səviyyəli adamlardır. Ona görə də, təkcə hər hansı bir islahatlar arzusu həyata keçirmək kifayət etmir.”

Sonra Sərdar bəy qeyd etdi ki, ölkədə islahatı həyata keçirənlərin kimliyi də vacibi əhəmiyyət daşıyır: “Bu baxımdan düşünürəm ki, Azərbaycan iqtidarı islahatlara start vermək istəyirsə çox ciddi şəkildə kadr dəyişikləri həyata keçirməlidir. Çünki Azərbaycanda siyasi inkişafın qarşısında duran əngəllərin birincisi vəzifədə olan məmur sinfidir. Hansı ki, həmin məmurların hamısı milli maraqlardan uzaq, səriştəsiz və təcrübəsiz, xalqa yuxarıdan baxan şəxslərdir. Ona görə də nə qədər ki, kadr dəyişiklikləri baş verməyib, islahatlara başlamaq məsləhət deyil.”

Sonda Sərdar bəy vurğuladı ki, hakimiyyət əgər bu kadrlarla islahatlara başlasa, nəticə etibarı ilə Azərbaycan dövləti dağıla bilər.

KXCP sədri Mirmahmud Mirəlioğlu isə mövzu ilə bağlı fikirləri fərqli oldu: “Hakimiyyət əgər baş verənlərə ağılla və emosiyasız yanaşacaqsa, mütləqdir ki, bu islahatlar baş verəcək. Yox əgər bu məsələni adi və sıradan bir məsələ hesab edəcəksə, gedişatın sonu Quba hadisələri kimi proseslərə gətirib çıxardacaq.”


Geri qayıt