Əsas Səhifə > Güney Press, Araşdırma > “POLİSLƏRDƏN BİRİ BƏDƏNİMƏ ELEKTRİK CƏRƏYANI VERDİ”

“POLİSLƏRDƏN BİRİ BƏDƏNİMƏ ELEKTRİK CƏRƏYANI VERDİ”


7-03-2012, 14:52
“POLİSLƏRDƏN BİRİ BƏDƏNİMƏ ELEKTRİK CƏRƏYANI VERDİ”

ƏBÜLFƏZ QURBANLI DANIŞDI

Martın 6-da Azərbaycan Xalq Cəbhəsi Partiyası Gənclər Təşkilatının bir qrup üzvü Bakıda, metronun “Elmlər Akademiyası” stansiyası yaxınlığında aksiya keçirməyə cəhd etmişdi. Aksiya zamanı saxlanılan gənclərdən birinə - AXCP Gənclər Təşkilatının sədri Əbülfəz Qurbanlıya Yasamal Rayon Polis İdarəsində elektroşok verildiyi haqda xəbərlər yayılıb.

Məsələyə aydınlıq gətirmək üçün “Media forum” saytı martın 7-də Əbülfəz Qurbanlıya müraciət edib. O və digər saxlanılanlar martın 6-sı axşam sərbəst buraxılıb.

Əbülfəz Qurbanlı “Media forum”a bildirib ki, hadisə Yasamal Rayon Polis İdarəsində baş verib: “Mən və digər cəbhəçi gənclər idarənin birinci mərtəbəsində öz aramızda söhbət edirdik. Bu zaman içəriyə idmançı görkəmli iki oğlan daxil oldu. Sonra bildim ki, onlardan biri bölmə rəisidir. Onlar söhbətimizə müdaxilə etdilər, bizi təhqir etməyə, bizimlə kobud davranmağa başladılar.

Mən də buna öz etirazımı bildirdim. Bu zaman həmin polsilərdən biri əlindəki kiçik alətlə bədənimin müxtəlif yerlərinə elektrik cərəyanı verdi. Polis əməkdaşları bununla da kifayətlənmədilər, məni başqa otağa aparıb orda da döyməyə başladılar”.

Geri qayıt