Əsas Səhifə > Sosial, Manşet > OQTAY ŞİRƏLİYEVİ BİABIR EDƏN ŞOK FAKT

OQTAY ŞİRƏLİYEVİ BİABIR EDƏN ŞOK FAKT


6-10-2011, 12:43
OQTAY ŞİRƏLİYEVİ BİABIR EDƏN ŞOK FAKT

«SEMAŞKO»DA ƏMƏLİYYAT PULUNU VERƏ BİLMƏYƏN XƏSTƏ GİROV SAXLANILIR

DİA.AZ: - Dünən də səhiyyə sistemindəki özbaşınalıqlarla bağlı məlumatı diqqətinizə çatdırmışdıq. Bu dəfə isə redaksiyamıza Oqtay Şirəliyevin rəhbəri olduğu sahə və eləcə də insanlıq üçün utanverici bir olayla bağlı məlumatlar daxil olub.

«Dünya» İnformasiya Agentliyi redaksiyasına (dia-az.life) müraciət edən Bakı sakinlərindən birinin başına gələn hadisənin Azərbaycanda baş verdiyinə belə inanmaq istəmirsən. Bu hadisənin təffərrüatlarına şahidlik etdikdə artıq tam olaraq əmin olursan ki, Azərbaycanda insanlıq adına heç nə qalmayıb və bu ölkədə yaşamaq belə günü gündən arzuolunmaz olur.

Bəri başdan bildirək ki, redaksiyamıza müraciət edən şikayətçi adının anonim qalmasını istədiyindən biz də onun arzusunu nəzərə almaq məcburiyyətində qaldıq. Amma əgər bu hadisə müafiq dövlət qurumlarının, xüsusən də səhiyyə nazirliyinin diqqətini cəlb edərsə, o zaman şikayətçi ilə bağlı bütün məlumatları təqdim etməyə hazırıq.

Özü Bakıda taksi sürücülüyü edən şikayətçini dinləyək: «Bir neçə gün əvvəl həyat yoldaşımın kor bağırsağında ağrılar tutdu və biz onu Musa Nağıyev adına Təcili Tibbi Yardım Stansiyasına (keçmiş «Semaşko») çatdırdıq. Məlum oldu ki, vəziyyət təhlükəli həddədir və artıq kor bağırsaq partlayaraq, daxilə çirk verib və hətta həyat yoldaşımın ölüm ayağında olduğunu da həkimlər mənə söylədi.

Amma mən yenə də əməliyyat olunmasında israr etdim. Bu zaman həkim mənim dilimdən iltizam aldı ki, əməliyyatın daha çox ehtimal olunan uğursuz nəticəsindən özünü sığortalasın. Mən də razılaşdım. Qeyd edim ki, bu müddət ərzində həkimdən bu işin mənə neçəyə başa gələcəyini israrla tələb etdim. Düşündüm ki, bura Azərbaycandır və həkimin halallığını alım.

İsrarlarıma baxmayaraq, həkim mənə heç bir qiymət demədi və əməliyyatın sonunu gözləməyimi bildirdi. Allaha şükürlər olsun ki, əməliyyat uğurlu keçdi və mən həkimlə yenidən qiymət məsələsini danışası oldum.

Bu məqsədlə qabaqcadan dost-tanışdan borc aldığım 500 manatı da hzırladım. Hər halda taksi sürücülüyü edərək ailəsini güclə dolandıran birisi üçün bu məbləğin özü də böyük idi. Amma yenə də həkimdən halallıq almaq istədim və düşünürdüm ki, əlavə olaraq 200 manat da sonradan borc tapıb həkimə verərəm.

Amma həkim kabinetində məni əməlli-başlı heyrətə saldı. Məndən 1500 manat pul istədi və bildirdi ki, əgər 1400 olsa belə, pulu almayacaq. Mən də imkanımın 500-ə, ən yaxşı halda isə 700 manata çatdığını onun diqqətinə çatdırsam da, həkim pula yaxın durmadı».

Şikayətçi bildirir ki, həmin məbləği ödəmədiyiindən həyat yoldaşı xəstəxanada girov saxlanılır: «Həkim bu günü mənə son vaxt kimi verib. Əgər gün ərzində ona pulu çatdırmasam, məhv olacam. Bilmirəm nə edim. Özümü öldürmək həddindəyəm. Elə bir imkanlı tanışım da yoxdur ki, ondan borc alım. Özüm dövlətin yeni gətirdiyi taksilərdən birinin sürücüsüyəm. Nə qazanıram ki, bu boyda pulu bir günün içində toplaya bilim?».

Hər halda, bu hadisəyə müvafiq dövət qurumlarının mütləq şəkildə reaksiya verməsi lazımdır. Çünki söhbət ölüm həddinə çatdırılan Azərbaycan vətəndaşının üzləşdiyi biabırçı olaydan gedir.

Korrupsiya ilə mübarizəni isə tamamən kənara qoyuruq. Artıq hər kəs bunun bir kampaniyanın olduğuna və hətta bu kampaniyanın özünün belə səhiyyə sisteminə heç bir formada aid olduğuna əmindir…

Mövzu diqqətimizdədir.


Geri qayıt