Əsas Səhifə > Güney Press, Üçüncü sektor > “ƏLİ HƏSƏNOVUN SİFARİŞİ ƏSNASINDA”...

“ƏLİ HƏSƏNOVUN SİFARİŞİ ƏSNASINDA”...


7-03-2012, 16:07
“ƏLİ HƏSƏNOVUN SİFARİŞİ ƏSNASINDA”...

QƏZET RƏHBƏRLƏRİ HAKİMİYYƏTİN TƏZYİQLƏRİNDƏN DANIŞDI

Hakimiyyətə qarşı kəskin müxalif mövqedə olan «Müsavat» və «Azadlıq» qəzeti artıq neçə ilə yaxındır ki, fəaliyyət göstərir. Hər iki qəzet bu günə qədər kifayət qədər rəsmi orqanların və məmurların təqəbilərinə məruz qalıblar. Bəs adıçəkilən qəzetlərə ən çox kimlər tərəfindən təzyiq olunub? Məsələ ilə bağlı “Yeni Müsavat” qəzetinin redaktoru Azər Ayxan, “Gündəm Xəbər” qəzetinin rəhbəri Şirin Cəfəriyə və “Azadlıq” qəzetinin redaktoru Rövşən Hacıbəyliyə müraciət etdik.

Hazırda üzərlərində 3 məhkəmə iddiasının olduğunu qeyd edən Azər bəy, “ilkin olaraq müdafiə naziri bizə qarşı 100 min dollarlıq iddia ilə çıxış edib. Digər tərəfdən Ziya Məmmədovun oğlu Anar Məmmədov qəzetimizlə bağlı 250 min manatlıq iddia qaldırmışdı. Eyni halda Kəmaləddin Heydərovun “Gilan” holdinq şirkəti də “Yeni Müsavat”a qarşı 1 milyon dolarlıq iddia irəli sürüb”,-deyə bildirdi: “Hal-hazırda üzərimizdə olan işlər bunlardır. Bu günə qədər kifayət qədər məmurların və nazirlərin təzyiqləri ilə üzləşmişik.”

Sonra Azər bəy qeyd etdi ki, azad mətbuata qarşı baş verən basqılar hansısa məmura və nazirə bağlı olan bir məsələ deyil. Bu hakimiyyətin xarakterindən irəli gəlir: “Hakimiyyət ölkədə azad mətbuatın olmasında maraqlı deyil. Çünki avtoritar və korrupsialaşmış hakimiyyətlərin azad mətbuatla bir yerdə yaşaması mümkün deyil.”

Ayrı-ayrı məmurların hakimiyyətin azad mətbuata qarşı həyata keçirdiyi ümumi tendensiyadan istifadə etdiyini qeyd edən müsahib, hakimiyyətin də bu vəziyyətdən istifadə edərək məmurları azad mətbuatın üzərinə saldığını bildirdi: “Bu günə qədər “Yeni Müsavat” qəzeti kifayət qədər təzyiqlərə və basqılara məruz qalıb. Qəzetin baş redaktoru Rauf Arifoğlu, iki dəfə fəaliyyətinə görə qanunsuz olaraq həbs edilib.”

“Gündəm Xəbər” qəzetinin baş redaktoru Şirin Cəfəri mövzu ilə bağlı açıqlama verərkən qeyd etdi ki, bu günə qədər bəzi faktları qəzetlərində işıqlandırdıqlarına görə, kifayət qədər təzyiqlərə və basqılara məruz qalıblar. “Prezident Aparatı Siyasi İctimai Şöbəsinin müdiri, Əli Həsənov bir başa olaraq bizim qəzetə və mənə qarşı təzyiqlər edib. Əli Həsənovun sifarişi əsnasında Vergilər Nazirliyi əsassız olaraq “Gündəm Xəbər” qəzetinə 68244 manat cərimə təyin edib. Bunların hamısı qəzetimizin bağlanmasına və mənim həbsimə qarşı yönəlmiş cəhdlər idi.”

Azadlıq Qəzetinin rekatoru Rövşən Hacıbəyli isə özlərinə qarşı təzyiqlərin müxtəlif illərdə baş verdiyini bildirdi. “1998-ci ildə senzuranın ləğvindən sonra kütləvi şəkildə qəzetlər məhkəməyə verilməyə başladı. Həmin dövrdə “Azadlıq” qəzeti 1 milyon manatdan çox cərimə edilmişdi. Sonrakı mərhələlərdə isə müxtəlif şəkildə kifayət qədər təzyiqlərə məruz qalmışıq.Bizə qarşı olan basqıların saymaqla qurtarmaq mümkün deyil.”

Geri qayıt