Əsas Səhifə > Partiya > “İCRA BAŞÇILARI HƏDSİZ DƏRƏCƏDƏ HARINLAYIBLAR”
“İCRA BAŞÇILARI HƏDSİZ DƏRƏCƏDƏ HARINLAYIBLAR”7-03-2012, 16:36 |
”ONLAR QANUNSUZ SAHİBKARLIQLA MƏŞĞULDURLAR” Ombudsmanın Milli Məclisdəki hesabatına münasibət bildirən millət vəkili Sabir Rüstəmxanlı bildirib ki, bu gün az qala Azərbaycanın bütün rayonlarında icra başçılarının davranışlarına da ökədəki insan hüquq və azadlıqları kontekstində baxılmalıdır: “Etiraf etmək lazımdır ki, bu gün icra başçıları hədsiz dərəcədə harınlayıblar. Heç kimi saymırlar. Onlara elə gəlir ki, təin olunduqları rayonda istədiklərini edə, istənilən vətəndaşın mülkünə əl qoya bilərlər. İcra başçıları var ki, vətəndaş aylarla onun qəbuluna düşə bilmir. Mətbuat indiyədək icra başçıları barədə “balaca padişah”lar ifadəsini işlədirdi. Artlıq onlar “böyük padişah olmaq iddisına düşüblər. Mən Prezidentin çıxışlarına və xalq qarşısında verdiyi hesabata baxıram. Ancaq bu günə qədər hansı icra başçısı xalq qarşısında doğru hesabat verib?”. Deputat həmkarlarını da bu məsələ ilə bağlı qınayıb. O deyib ki, bəzi millət vəkilləri icra baçşçıları ilə birlikdə qanunsuz sahibkarlıqla məşğul olurlar. Geri qayıt |