Əsas Səhifə > Güney Press, Üçüncü sektor > “BURA UŞAQ BAĞÇASI DEYİL”

“BURA UŞAQ BAĞÇASI DEYİL”


7-03-2012, 17:22
“BURA UŞAQ BAĞÇASI DEYİL”

DQ-NİN KOMANDANINDAN ƏSGƏR ÖLÜMÜ İLƏ BAĞLI AĞIR İFADƏLƏR

“Əsgər ölümlərinin qarşısının alınması üçün təhlillər aparırıq”.

APA-nın məlumatına görə, bunu Daxili Qoşunların (DQ) komandanı Zakir Həsənov DQ-nın yaradılmasının 20-ci illiyi münasibətilə bu gün keçirdiyi mətbuat konfransında deyib.

Psixoloji baxımdan insanların fərqli olduğunu qeyd edən komandan xəstəlikdən rəhmətə gedənlərin, təhlükəsizlik qaydalarının pozulması nəticəsində ölənlərin olduğunu bildirib: “Bəzən gənclər mülki həyatdan hərbi xidmətə gələn zaman onlara düzgün tibbi diaqnoz qoymurlar. Xəstə olduğu üzə çıxan gəncləri geri qaytarmağa çalışırıq. Təhlükəsizlik qaydalarının pozulması halları isə bizdə istisna təşkil edir, ancaq cüzi də olsa, baş verir. Bəzən əsgərlər hərəkətlərinə şüurlu yanaşmırlar. Belə hadisələrə görə bəzən komandiri cəzalandırırıq. Ancaq bura uşaq bağçası deyil. Kiminsə hərəkətinə tam nəzarət etmək olmur. Tərbiyə işində sosial bərabərliyə riayət olunur”.

Z. Həsənov orduya ictimai nəzarətin tərəfdarı olduğunu da deyib: “Düzdü, bəzi halda bir sıra şəxslər öz maraqlarını güdürlər. Amma ordu məsələsində buna yol vermək olmaz”.


Geri qayıt