Əsas Səhifə > Dünya > ABDULLAH GÜL TUNİSDƏ SƏFƏRDƏDİR

ABDULLAH GÜL TUNİSDƏ SƏFƏRDƏDİR


8-03-2012, 12:15
ABDULLAH GÜL TUNİSDƏ SƏFƏRDƏDİR

BU, "ƏRƏB BAHARI"NIN VƏTƏNİNƏ İLK SƏFƏRDİR

Türkiyənin prezidenti Abdullah Gül Tunisdə rəsmi səfərdədir. Tunisin yeni prezidenti Münsif Mərzukinin dəvəti ilə Tunisə gedən Abdullah Gül burada bir sıra mühüm görüşlər keçirəcək. Səfərdə Abdullah Gülü baş nazirin müavini Bəşir Atalay və iqdisadi inkişaf naziri Cevdət Yılmaz müşayiət edir. Gül-Mərzuki görüşündə iki ölkə arasında əlaqələrlə yanaşı, bir sıra regional və beynəlxalq məsələlər də müzakirə olunacaq. Türkiyə prezidenti Tunisin Milli Məclisində də çıxış edəcək.

Qeyd edək ki, bu, ötən ilin 14 yanvarında "yasəmən inqilabından" sonra "ərəb baharının" başladığı Tunisə Türkiyə yüksək rütbəli rəsmilərinin ilk səfəridir.


Geri qayıt