Əsas Səhifə > Şou-biznes > YILMAZ MORGÜL DƏ BAKI YOLUNU TUTDU

YILMAZ MORGÜL DƏ BAKI YOLUNU TUTDU


8-03-2012, 13:11
YILMAZ MORGÜL DƏ BAKI YOLUNU TUTDU

TÜRKİYƏLİ SƏNƏTÇİ AZƏRBAYCANA SAMRİNA ÜÇÜN GƏLİR

DİA.AZ: - Bakıya daha bir türk müğənnisi təşriv buyurur. Bu barədə DİA.AZ-a mötəbər mənbələrdən məlumat daxil olub.

Məlumatlarda deyilir ki, Bakıya gələn türk müğənnisi populyar sənətçi Yılmaz Morgüldür. Xəbərə görə, Yılmaz Morgülü Bakıya gətirən gənc müğənni Samrinanın son günlər yerli radiokanallarda hitə çevrilmiş «Gedirəm» adlı mahnısı olub.

Biz də bu səbəbdən Samrinanın yaxınları ilə əlaqə saxladıq və məlumatımız təsdiqləndi. Redaksiyamıza bildirildi ki, Yılmaz Morgül bu axşam Bakıda olacaq: «Artıq bütün qarşılanma tədbirləri görülüb. Türkiyəli sənətçi Samrinaya «Gedirəm» mahnısını duet şəklində oxumağı təklif edib və Samrina da məmnuniyyətlə bü təklifi qəbul edib».

Məlumatlardan o da aydın olur ki, gənc müğənni Samrina bununla da kifayətlənmir və bu günlərdə İstanbulda yeni sinqlini də sevənlərinə təqdim edəcək. Hələlik bu barədə geniş məlumat verilməsə də, Yılmaz Morgülün səfəri ilə bağlı yalnız bunları öyrənə bildik ki, türkiyəli sənətçi Samrina ilə bütün layihələrini təmənnasız olaraq həyata keçirəcək.

Hər halda, bu faktın özü belə türkiyəli sənətçilərin Azərbaycan şou-biznesinə xüsusi diqqətinin təsdiqi kimi qəbul oluna bilər.


Geri qayıt