Əsas Səhifə > Güney Press, Üçüncü sektor > YAPONİYADAN AZƏRBAYCANA XÜSUSİ DİQQƏT

YAPONİYADAN AZƏRBAYCANA XÜSUSİ DİQQƏT


8-03-2012, 13:36
YAPONİYADAN AZƏRBAYCANA XÜSUSİ DİQQƏT

GÜNDOĞAR ÖLKƏDƏ BİZİ SEVİRLƏR

Yaponiyanın Mərkəzi Asiya və Qafqaz Araşdırmalar İnstitutunun (MAQAİ) təşəbbüsü və Azərbaycanın Yaponiyadakı səfirliyinin təşkilatçılığı ilə bu gündoğar ölkənin parlamentində “Azərbaycan – Odlar yurdu” adlı təqdimat keçirilib.

Azərbaycanın Yaponiyadakı səfirliyindən SalamNews-a verilən məlumata görə, Azərbaycan-Yaponiya əlaqələrinin yaranmasının 20-ci ildönümü çərçivəsində təşkil edilmiş tədbirdə Yaponiya parlamentinin üzvləri, diplomatlar, işgüzar dairələrin nümayəndələri və Qafqaz ölkələri üzrə tədqiqatçılar iştirak ediblər.

MAQAİ-nin icraçı direktoru, professor Tetsugi Tanaka bildirib ki, ötən il dövlət müstəqilliyinin bərpasının 20 illiyini qeyd etmiş Azərbaycanın qazandığı uğurlar bir çox ölkələr kimi, Yaponiya ictimaiyyəti tərəfindən də maraqla izlənir. Bugünki tədbirin məqsədi son illər sürətlə inkişaf edərək regionun lider dövlətinə çevrilmiş Azərbaycan haqqında daha ətraflı məlumatların əldə edilməsidir.
Sonra Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə müstəqilliyimizin bərpasından ötən 20 il ərzində ölkəmizin uğurları, siyasi və sosial-iqtisadi sahələrdə həyata keçirilən mütərəqqi islahatlar barədə iştirakçılara ətraflı məlumat verib.

Səfir Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1998-ci il fevralın 24-dən 28-dək Yaponiyaya ilk rəsmi səfərini xatırladıb, bunun ikitərəfli münasibətlərin inkişafına təkan verdiyini vurğulayıb. Prezident İlham Əliyevin 2006-ci il martın 6-dan 10-dək Yaponiyaya rəsmi səfərinin iki ölkə arasında əməkdaşlıqda yeni səhifələr açdığı söylənilib.

Azərbaycanda son illər aparılmış islahatlardan danışan səfir vurğulayıb ki, atılmış bu addımlar nəticəsində ölkəmiz sabit siyasi sistemə malik demokratik dövlətə çevrilib. Diplomat, həmçinin Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, respublikamızın 20 faiz torpaqlarının ermənilər tərəfindən işğal olunması, bunun nəticəsində bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi haqqında məlumat verib.


Geri qayıt