Əsas Səhifə > Güney Press, Araşdırma > MÜSƏLMANLARIN ÜZÜNÜ KİM GÖRMƏK İSTƏYİR?
MÜSƏLMANLARIN ÜZÜNÜ KİM GÖRMƏK İSTƏYİR?8-03-2012, 13:44 |
TURİST MÜSƏLMANLAR ÜÇÜN QADAĞA OLMADI Bu il aprelin 30-dan Avstraliyanın cənub bölgəsində yeni qanun qüvvəyə minir. Sənədə əsasən, müsəlman qadınlar polis və məhkəmə işçilərinin qarşısında niqablarını açıb üzlərini göstərməli olacaq. İctimai yerlərdə niqabı açmaq istəməyən xanımları 1 illik həbs və təxminən 6 min ABŞ dolları miqdarında cərimə gözləyir. Bu qanun layihəsi avstraliyalı müsəlmanlar və solçular tərəfindən ciddi tənqid olunur. Onlar bu tələbin İslam davamçılarının dini etiqad haqlarını pozduğunu iddia edirlər. TURİST MÜSƏLMANLAR ÜÇÜN QADAĞA OLMADI Avstraliyadan fərqli olaraq, İsveçrədə inzibati orqanlar niqabı qadağan edən sənədə “yox” deyiblər. Bir aylıq debatlardan sonra qərara alınıb ki, ölkədə bu cür qanun tətbiq edilməyəcək. Hələ 2011-ci ilin martında İsveçrə Dövlət Şurası (Ständerat) istənilən formada üz bağlanmasının qadağan edilməsi cəhdlərinin qarşısını almışdı. Sonradan Fəhlə Partiyasının lideri Oskar Freisinger ictimai nəqliyyatda və mərasimlərdə qadınların üzübağlı gəzməsinin yasaqlanmasını istəmişdi. Lakin bir neçə gün öncə bu tələb də rədd edilib. 100-150 QADIN ÜÇÜN QANUNA EHTİYAC YOXDUR Sosial Demokratlar Partiyasının lideri Hans Stöckli deyib ki, ölkədə niqab taxan 100-150 qadına görə ayrıca qanun qəbul edilməsinə ehtiyac yoxdur. Həm də bu qadınların əksəriyyətinin turist olduğu da nəzərə alınmalıdır. Ədliyyə naziri Simonetta Sommaruga bildirib ki, belə bir qanunun qəbulu Qaçqınlar haqqında Cenevrə Konvensiyasının tələblərinə zidd olacaqdı. Bundan sonra, nə nəqliyyatda, nə də ictimai tədbirlərdə müsəlman qadınlardan üzünü açması tələb olunmayacaq. Oskar Freisinger isə belə qərarı özünə təhqir kimi qiymətləndirib və deyib ki, dərhal burqaya qarşı yeni hərəkat başlamağa hazırlaşır. “Azadlıq” Radiosu Geri qayıt |