Əsas Səhifə > Dünya > KEÇMİŞ BAŞ NAZİRƏ SƏRT İTTİHAM
KEÇMİŞ BAŞ NAZİRƏ SƏRT İTTİHAM9-03-2012, 13:17 |
PREZİDENT TİMOŞENKO HAQDA AŞAĞILAYICI İFADƏLƏR İŞLƏTDİ Hökumətin toplantısında çıxış edən Yanukoviç bildirib ki, Rusiya və Ukrayna arasında 2009-cu ildə imzalanan müqavilə ilə Kiyev, "Qazprom"dan beynəlxalq bazar qiymətləri daxilində təbii qaz alır. Belarusiya, Moldova və digər keçmiş Sovet ölkələrinə görə ən bahalı ödənişi edən Ukrayna Rusiyadan endirim tələb edir. Rəsmi Moskva isə tranzit keçid sisteminə "Qazprom"un ortaq olacağı təqdirdə endirimə müsbət cavab verəcəklərini bildirir. Yüksək təbii qaz qiymətlərinin ölkə iqtisadiyyatının inkişafında əhəmiyyətli təsirə malik olduğuna toxunan Yanukoviç, "əvvəlki hökumətin imzaladığı utancverici müqavilənin düzəldilməsi üçün 2 ildir müzakirə aparırıq", - deyib. Qeyd edək ki, sözügedən qaz müqaviləsinə görə, Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenkoya 7 il həbs cəzası verilib. Ukraynanın enerji naziri Yuri Boyko da müqavilədə ölkəsinin Rusiyadan alması nəzərdə tutulan illik 52 milyard kub metr təbii qaz miqdarını 27 milyard kub metrə endirmək istədiyini söyləmişdi. "Qazprom" isə birtərəfli qaydada miqdar dəyişdirilməsinə müqavilənin icazə vermədiyi xəbərdarlığını səsləndirmişdi. Xatırladaq ki, Ukrayna Rusiyadan aldığı qaza görə, 2011-ci ilin son rübünə kimi min kub metr qaza 400 dollar ödəyirdi. Hazırda isə beynəlxalq bazarlardakı neft və neft məhsullarındakı qiymətlərə görə, 485 dollar ödəmək məcburiyyətindədir. Yanukoviç isə rus qazı üçün 250 dollar ödəyə biləcəklərini söyləyir. Geri qayıt |