Əsas Səhifə > Güney Press, Üçüncü sektor > ÖLKƏMİZDƏ BAHALAŞMA DAVAM EDİR
ÖLKƏMİZDƏ BAHALAŞMA DAVAM EDİR9-03-2012, 13:51 |
İLLİK HESABLAMADA QİYMƏTLƏR 3,7% ARTIB Bu ilin iki ayında 2011-ci ilin eyni dövrü ilə müqayisədə Azərbaycanda istehlak qiymətləri 3,7% artıb, deyə Dövlət Statistika Komitəsində Turan-a bildiriblər. Ərzağın qiyməti 4,6% bahalanıb. Xidmət tarifi və qiymətləri illik hesablamada 3,4% artıb. Qeyri-ərzaq mallarında 1,3% bahalanma olub. Qeyd edək ki, 2011-ci ilin analoji dövründə rəsmi inflyasiya göstəriciləri daha yüksək idi - 8,9%. Geri qayıt |