Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > QƏRBİ AZƏRBAYCANLILAR AYAĞA QALXDI

QƏRBİ AZƏRBAYCANLILAR AYAĞA QALXDI


9-03-2012, 14:21
QƏRBİ AZƏRBAYCANLILAR AYAĞA QALXDI

ƏLİ İNSANOV ÜÇÜN İMZATOPLAMA KAMPANİYASINA BAŞLANILIR

DİA.AZ: - Məlumdur ki, bu ilin mart ayının 21-i ərəfəsində Novruz Bayramı münasibətilə əfv fərmanının imzalanması gözlənilir. Və bununla bağlı artıq prezident İlham Əliyevə müraciətlər də ünvanlanmaqdadır.

Son məlumatlarda deyilir ki, bir neçə hüquq müdafiə təşkilatının təmsil olunduğu Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupu prezident İlham Əliyevə müraciət edib.

Bu barədə qrupun üzvü olan Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu məlumat verib. N. Cəfəroğlu müraciətin Novruz bayramı öncəsi əfv sərəncamının imzalanması təklifi ilə bağlı olduğunu açıqlayıb: “Biz İctimai Palatanın ötən ilin aprel ayında keçirdiyi aksiyalar zamanı saxlanılan şəxslərin, həmçinin sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev, sabiq səhiyyə naziri Əli İnsanov, sabiq deputatlığa namizəd Bəxtiyar Hacıyev və digər şəxslərin də əfv olunmasını istəyirik”.

N. Cəfəroğlu bu gün əfv məsələləri ilə bağlı Prezident Administrasiyasında görüş olacağını və bir neçə hüquq müdafiəçinin də həmin görüşdə iştirak edəcəklərini deyib.

Redaksiyamızın bir neçə gün əvvəl yaydığı məlumatda isə bildirilirdi ki, keçmiş səhiyyə nazirin əfv olunması ilə bağlı hakimiyyətdə qəti qərar var və onun həbsdə qalması planlaşdırılır. Məlumatda deyilirdi ki, hakimiyyət sabiq nazirin 2007-ci ildə müxalif düşərgəyə nümayişkaranə formada transferini nəinki unutmayıb, onun hakimiyyətə qarşı ifadələrini də xatırlamaqdadır və bu da Əli İnsanovla bağlı yekun qərarın verilməsinə nədən olub.

Amma bununla barışmaq istəməyənlər də var. DİA.AZ redaksiyasına məlumatlı dairələrdən ötürülən informasiyada bildirilir ki, hüquq müdafiəçilərinin israrlı tələblərinə, beynəlxalq təşkilatların qınağına rəğmən Əli İnsanovun günü bu gün də həbsdə saxlanılması Qərbi Azərbaycan qruplaşmasına aid olan bəzi sahibkarların qəzəbinə səbəb olub.

Redaksiyamıza həmin sahibkarların bir qrupu tərəfindən edilən müraciətdə bildirilir ki, Əli İsanova hakimiyyət düşmən kimi baxır, sanki onu «xalq düşməni» elan edib: «Heç ermənilərə də belə yanaşmırlar. Bu isə açıq qərəzin göstəricisi olduğundan biz də Əli İnsanovu israrla müdafiə etmək niyyətindəiyk».

Mənbəmiz onu da bildirdi ki, artıq bir qrup sahibkarın təşəbbüsü ilə Əli İnsanovun azadlığa çıxması üçün ümumrespublika miqyasında imzatoplama kampaniyasının həyata keçirilməsinə də hazırlıqlar gedir.


Geri qayıt