Əsas Səhifə > Güney Press, Üçüncü sektor > “SƏRHƏDSİZ REPORTYORLAR” NARAHATDIR

“SƏRHƏDSİZ REPORTYORLAR” NARAHATDIR


9-03-2012, 18:13
“SƏRHƏDSİZ REPORTYORLAR” NARAHATDIR

QURUM SAYT REDAKTORUNUN HƏBSİNİ PİSLƏYİR

“Sərhədsiz reportyorlar” Azərbaycanda Abşeron məhkəməsinin islamazeri.az saytının redaktoru Ramin Bayramovun bir il yarım müddətinə azadlıqdan məhrum edilməsi haqqında qərarından narahatdır.

“İyulun 11-də həbs edilmiş Ramin Bayramov Azərbaycanda İranyönlü sektorun aradan qaldırılması prosesində növbəti qurban oldu”, deyə təşkilatın bəyanatında bildirilir.

“Bakı və Tehran öz aralarında münasibətlərin aydınlaşdırılması zamanı jurnalistlərin cəzalandırılması təcrübəsinə son qoymalı və ifadə azadlığını təmin etməlidir. Bu mənada Ramin Bayramovun öz baxışlarını tam ifadə etmək hüququ var”, deyə bəyanatda qeyd edilir.

Bayramov Azərbaycan İslam Partiyası fəallarının İranın Bakıdakı Mədəniyyət Mərkəzinin pərdəsi altında fəaliyyət göstərən “Cəfəri” qrupu ilə əməkdaşlıq ittihamı ilə saxlandığı gün həbs edilib.

Lakin Bayramova qarşı qanunsuz silah və narkotik maddə saxlamaq ittihamı irəli sürülüb.

islamazeri.az saytı Azərbaycanın siyasəti və daxili işləri mövzusunda yazılar yazır, hakimiyyətin siyasətinə tənqidi baxışlara yer verirdi. Bu mövzulardan biri məktəblərdə hicab qadağasına görə hakimiyyətin tənqidi idi.


Geri qayıt