Əsas Səhifə > Güney Press, Üçüncü sektor > HAKİMİYYƏT “EUROVİSİON” ƏRƏFƏSİ SIRA GENİŞLƏNDİRİR
HAKİMİYYƏT “EUROVİSİON” ƏRƏFƏSİ SIRA GENİŞLƏNDİRİR9-03-2012, 18:15 |
“AZƏRBAYCANDA SİYASİ MƏHBUSLARIN SAYI ARTIR” “Eurovision” müsabiqəsi ərəfəsində insan hüquqları sahəsində vəziyyətin yaxşılaşdırılması ilə bağlı ümidlərə və çağırışlara baxmayaraq, vəziyyət daha da pisləşib. Bu fikri Turana müsahibəsində Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus bildirib. Hakimiyyət jurnalistlərə, vətəndaş cəmiyyəti fəallarına və müxalifətçilərə qarşı repressiyaları daha da gücləndirib və bunun nəticəsində siyasi məhbusların sayı artıb. Son bir ay ərzində yalnız bir “vicdan məhbusu” – 2 aprel 2011-ci il mitinqi ilə əlaqədar həbs edilmiş Elşən Həsənov şərti olaraq vaxtından əvvəl həbsdən azad edilib. Lakin bu müddət ərzində İslam Partiyasının sədr müavini Arif Qəniyev, islamazeri.az saytının redaktoru Ramin Bayramov və Naxçıvanlı hüquq müdafiəçisi Zeynal Bağırzadə müxtəlif müddətli həbs cəzalarına məhkum edilib. Ötən ilin noyabrında “Xural” qəzetinin regional müxbiri Aydın Canıyev 3 il müddətinə azadlıqdan məhrum edilib. Bundan başqa, istintaq altında olan “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı və İran televiziyasının müxbiri Anar Bayramlı, habelə hüquq müdafiəçisi Tahel Xasməmmədov (Kürdəmir-Ucar-Göyçay rayonları) potensial siyasi məhbusdur. “Adı çəkilən jurnalistlər və hüquq müdafiəçisinin saxlanılması və onlar barəsində istintaq qanunvericiliyin və prosessual normaların pozulması ilə həyata keçirilir ki, bu da onları potensial siyasi məhbus hesab etməyə imkan verir”, deyə Yunus bildirib. Yunus digər siyasi məhbusları aşağıdakı qruplar üzrə təsnif edib: 12 nəfər – “Beynəlxalq Amnistiya” tərəfindən vicdan məhbusu kimi tanınmış 2 aprel 2011-ci il mitinqində iştiraka görə həbs edilənlər, Daha üç nəfər – müxalifət fəalı Ruslan Bəşirli, bloger Bəxtiyar Hacıyev və hüquq müdafiəçisi Vidadi İsgəndərov. 10 nəfər “Səid Dadaşbəylinin qrupu”nun üzvləri, əksəriyyəti 2007-ci ildə saxta ittihamlarla həbs edilmiş dindarlar. Yunus siyasi məhbuslar siyahısına qanun və prosessual normaların pozulması ilə həbs edilmiş Fərhad və Rafiq Əliyev qardaşlarını, habelə Əli İnsanov (keçmiş səhiyyə naziri) və Nemət Pənahovu da (Milli Dövlətçilik Partiyasının lideri) daxil edib. Daha 8 nəfər İslam Partiyasının üzvləri və din xadimləridir. İki siyasi məhbus –2003-2004-cü illərdə yenə də prosessual normaların pozulması ilə həbs edilmiş “Qarabağ partizanları” siyahısından Məmməd Məmmədov və Rövşən Bədəlovdur. 19 nəfər əsasən 90-ci illərin ortalarında həbs edilmiş Qarabağ müharibəsi veteranlarıdır. Onlardan 12-si ömürlük həbs cəzası çəkir. Yunus bu cəzanın 1998-ci ildə parlamentin qərarı ilə ölüm cəzasının ömürlük həbs cəzası ilə əvəz edilməsindən sonra müəyyən edildiyinə diqqət çəkib. Cinayət qanununa əsasən, cəzanı yalnız məhkəmə müəyyən edə bilər. Bu qanun 2000-ci ilə qədər ölüm cəzasına məhkum edilmiş bütün məhbuslara şamil edilib. Bu zaman fərdilik prinsipi pozulub, deyə Yunus qeyd edib. Qanun keçmişə şamil olunmadığı üçün ölüm cəzası ləğv edildikdən sonra həmin cəza növünə məhkum edilənlərə o dövr üçün alternativ maksimum cəza - 15 il azadlıqdan məhrumetmə cəzası verilməli idi. Yunus bu şəxslərin artıq 20 ilə yaxın cəza çəkdiklərinə və Qarabağ müharibəsinin iştirakçıları olmasına diqqət çəkərək, onların azad edilməsinin ədalətli olacağını qeyd edib. “Həm də onlar hamısı saxta ittihamlarla həbs edilib”. 20 il ərzində Azərbaycanda müntəzəm olaraq bir qrup insanlar dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunublar. Amma 1990-cı illərin ortalarında bu, hərbiçilər (“OMON”, “generalların” işi) idisə, sonradan mülki şəxslər – dindarlar, gənc fəallar bunda ittiham olundu. Həm də bu “dövlət çevrilişi cəhdləri” 3-5 il dövriliklə ifşa olunur (2000, 2005, 2007, 2011-ci illər). Yunusun fikrincə, bəzən məhbuslar cəfəng ittihamlarla həbs olunur, məsələn, “Səidin qrupu”nun üzvləri hakimiyyəti zorla ələ keçirmək ittihamı ilə uzunmüddətli həbs cəzalarına məhkum ediblər. Yunus 7 ildir həbsdə olan gənc fəal Ruslan Bəşirlinin işini də dövlət çevrilişi cəhdində saxta ittihama nümunə olaraq göstərib. Beləliklə, SDİ-nin məlumatına görə, Azərbaycanda siyasi məhbusların ümumi sayı 62 nəfər təşkil edir. Yunus həmçinin fevralda Nardaranda və digər yerlərdə həbs edilmiş 20-yə qədər dindarın da hakimiyyəti ələ keçirmək cəhdində ittiham olunacağından ehtiyatlanır. Geri qayıt |