Əsas Səhifə > Güney Press, Üçüncü sektor > “TƏMİZ DÜNYA” GƏNCLƏRƏ SEMİNAR KEÇDİ

“TƏMİZ DÜNYA” GƏNCLƏRƏ SEMİNAR KEÇDİ


10-03-2012, 12:04
“TƏMİZ DÜNYA” GƏNCLƏRƏ SEMİNAR KEÇDİ

MÜZAKİRƏ MÖVZUSU QADIN HAQLARI OLDU

“Cəmiyyətimizdə qadınların rolu nədir? Cəmiyyətimizdə qadınların çoxu öz hüquqlarından xəbərsizdi. Əksər zorakılıqlar və hüquq pozuntuları elə buna görə baş verir”. Bu fikirlər AEGEE-Bakı İnsan Hüquqları işçi qrupu bu problemin həllinə cəmiyyətin diqqətini çəkmək üçün qadın hüquqları ilə bağlı təşkil olunan seminarda səslənib.

DİA.AZ-a verilən məlumatda deyilir ki, Avropa Tələbələr Forumu Bakı İctimai Birliyi seminara Bakı Dövlət Universitetinin , Azərbaycan Texniki Universitetinin, eləcə də Azərbaycan Dillər Universitetinin tələbələrini seminara dəvət edib.

Seminarı “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova aparıb. Qurumdan verilən məlumatda deyilir: “Görüşdə 28 tələbə iştirak edirdi. Seminarda gənclər arasında müzakirə zamanı stereotiplərlə bağlı fikir ayrılığı olmuş, gənclərin bəziləri qadın haqlarının pozulması, ailədə zorakılığın baş verməsində kişimərkəzçiliyi əsas gətirsə də, bəzi gənclər ailədə kişinin sözü keçərli olarsa, problemin olmayacağı fikrində qaldı. Bəzi gənclər isə qadınlara qarşı zorakılığın, hüquq pozuntusunun cəmiyyəti zədələdiyi fikrində dayandı.

Müzakirə zamanı tələbə gənclərin aktivliyindən razı qalan təşkilat sədri Mehriban Zeynalova qadın haqları ilə bağlı Konvensiyanın irəli sürdüyü müddəaları müzakirə etmək üçün mütəmadi olaraq gənclərlə görüşlərin vacibliyini qeyd edərək bildirdi ki, bu kimi seminarlar gələcək ailə modelinin formalaşmağında böyük əhəmiyyət daşıyır”.


Geri qayıt