Əsas Səhifə > Sosial, Manşet > İRAN AZƏRBAYCANI GÖZDƏN SALIR

İRAN AZƏRBAYCANI GÖZDƏN SALIR


10-03-2012, 13:00
İRAN AZƏRBAYCANI GÖZDƏN SALIR

FARS-MOLLA REJİMİ ÖLKƏMİZİ TƏHLÜKƏLİ ÜNVAN KİMİ TƏQDİM EDİR

DİA.AZ: - Azərbaycanı bir dövlət olaraq həzm edə bilməyən fars-molla rejimi indi də ölkəmizin tursitlər üçün təhlükəli məkan kimi təqdimatına hazırlaşır. Hər halda “Avroviziya-2012” rədarükündə olan Bakı üçün belə bir antitəbliğatın hansı əhəmiyyət daşıdığı hər kəsə aydındır.

Doğrudur, İranın Azərbacndakı səfiri bu məlumatları təkzib etdi. Abba buna baxmayaraq bu tipli materiallar irana aid xəbər portallarında daha geniş şəkildə yer alır. Biz də həmin materiallardan birini DİA.AZ olaraq diqqətinizə çatdırırıq. “AranNews”un xəbərində deyilir:

“Məlumatlı qaynaqlardan biri vətəndaşlara xəbərdarlıq etdi ki, Azərbaycan Respublikasına səfər etməyin – əsasən də novruz ərəfələrində – təhlükəli olmasına diqqət etməklə bu ölkəyə səfər etməsinlər.

Azərbaycan Respublikasındakı vəziyyət barədə məlumatlı olan bu qaynaq ölkədə geniş yayılmış korrupsiya və rüşvətxorluğa, turizm üçün lazımi infrastrukturun olmamasına və qeyri-münasib ictimai və mədəni vəziyyətə işarə edərək dedi: "Azərbaycan Respublikası polisi iranlılardan rüşvət və bac almqdan əlavə, qəsdən onlarla xoşagəlməz rəftar edir".

O, müsahibəsində iranlıların ötən illərdə Azərbaycan Respublikasına novruz səfərilərində acı təcrübələrinə işarə edərək dedi: "Azərbaycan Respublikası xalqının ənənəvi qonaqpərvərliyindən fərqli olaraq, ölkənin polis və dövlət məmurları müxtəlif yollarla iranlılardan pul alırlar".

Məlumatlı qaynaq həmçinin AR-sının polis və dövlət məmurlarının bəzən rüşvət almaq, bəzən də mediada İran əleyhinə təbliğat aparmaq üçün giriş məntəqələrində iranlı turistlərin cibinə narkotik maddələr atmalarına işarə edərək dedi: "Hal-hazırda onlarla iranlı belə hiylələrlə AR-nın həbsxanalarında qeyri-münasib şəraitdə saxlanılır".

O, müsahibəsinin davamında AR-nın rəsmi siyasətində İranı bu ölkənin düşməni kimi tanıtmasına da işarə edərək dedi: "Sionist rejimin AR-nın strukturlarına nüfuzu nəticəsində ölkənin rəsmi orqanlarına tapşırıq verilib ki, qəsdən iranlılarla xoşagəlməz rəftarlar edilsin".

Qaynaq həmçinin, AR tərəfinin iranlıların vizasını təmin etmək üçün rüşvət almasına işarə edərək dedi: "AR-nın sekülar dairələri iranlıların novruz səfərlərində onlardan rüşvət almaqdan əlavə bu mövzudan öz gülünc siyasətlərində də istifadə edirlər".

O artırdı: "Hər il novruzda iranlıların AR-na səfər etməsi ilə ölkənin bir sıra qərəzli mediası bu səfərləri sionist rejimin və ABŞ-ın İrana yaxın vaxtlarda hücum edəcəyi üçün iranlıların Azərbaycan Respublikasına mühacirəti adlandırırlar"”.


Geri qayıt