Əsas Səhifə > Şou-biznes > MƏŞHUR ULDUZUN BAKI ETİRAFLARI

MƏŞHUR ULDUZUN BAKI ETİRAFLARI


10-03-2012, 13:10
MƏŞHUR ULDUZUN BAKI ETİRAFLARI

“SUAL EDİRLƏR Kİ, NƏ SƏBƏBDƏN YAŞIMI GİZLƏTMİRƏM”

Paytaxtımıza fəxri qonaq kimi dəvət edilən, Show TV-də "Bu gün ne giysem?" proqramının aparıcılarından biri, tanınmış serbiyalı model və modelyer İvana Sert ötən gün Türkiyəyə geri qayıtsa da, verdiyi dəyərli məsləhətlərini məxsusi olaraq xanım oxucularımız üçün ayrıca xəbərdə yayımlamağı lazım bilirik.

Milli.Az-ın fotokamerasına səmimi pozalar verməkdən imtina etməyən İ.Sert daha sonra bəzi sirlərindən söhbət açdı:

"31 yaşım var və çoxları sual edir ki, nə səbəbdən yaşımı gizlətmirəm. Şəxsi həyatımla maraqlananlar cavablarını komplekslərimin olmaması ilə özləri tapırlar. Demirəm ki, çox gözəl xanımam. Sadəcə, hər gün efirdə olan teleaparıcı kimi mütləq şəkildə görünüşümə diqqət vermək kimi məcburiyyətim var. And içməyəcəm, səmimiyyətimə inanın, heç vaxt plastik cərrahın bıçağına ehtiyacım olmayıb. Gözəl görünmək üçün pəhriz saxlayıb, idmanla məşğul oluram. Düzdür, çox vaxt bu, yorucu və bezdirici olsa da, fərqli olmaq üçün hər gün təyin olunmuş rejimə əməl edirəm. Qazsız su, təbii meyvə sularını qaydasında içirəm.

Çalışıram ki, alkoqollu içkilərdən istifadə etməyim. Amma hansısa tədbirdə görüntü naminə spirtli içki içməyim lazım olarsa, 2-3 qurtum şampan şərabı ilə vəziyyətdən çıxıram (bir az fikrə gedən məşhur ulduz sanki dediklərindən peşman olmuş kimi bizə bunları söylədi). Aman, siz məndə heç bir sirr qoymadınız ki? İvanadan hər şeyi öyrəndiniz, özü də böyük ustalıqla (gülür). Azərbaycanlı xanımları çox sevdiyim üçün bütün sirlərimi yaza bilərsiniz. Bəlkə məsləhətlərim kimlərinsə işinə yaradı?"


Geri qayıt