Əsas Səhifə > Güney Press, Üçüncü sektor > MÜXALİFƏT LİDERİ QUBA ÜSYANINDAN DANIŞDI

MÜXALİFƏT LİDERİ QUBA ÜSYANINDAN DANIŞDI


10-03-2012, 13:50
MÜXALİFƏT LİDERİ QUBA ÜSYANINDAN DANIŞDI

“XALQ AYAĞA QALXMAĞA HAZIRDIR”

İP-in sessiyası davam edir. Tədbiri Pənah Hüseyn açıb. Daha sonra çıxış edən Mehriban Vəzir çıxışı zamanı ötən dövr ərzində görülən işlərdən danışıb, keçirilən tədbirləri dəyərləndirib. O daha sonra estafeti Pənah Hüseynə verib.

Daha sonra Müsavat başqanı İsa Qəmbər çıxış edib: "Quba hadisələri xalqın gücünü-qüdrətini nümayiş etdirdi. Xüsusilə son dönəmdə gənclərin aktivliyi qiymətləndirilməlidir.Quba xalqı göstərdi ki, xalq ayağa qalxmağa hazırdır.

Saakaşvilinin parlamentdəki çıxışı da xüsusi önəmə malikdir. Açıq şəkildə hakimiyyətə demokratiya mesajı verildi. Bütün mesajlar hakimiyyəti düzgün yola sürükləməyə məcbur edə bilməyib. İP çox prinsipial qərarlar verməlidir.

İP-lə Ziyalılar Forumunun yaxınlaşması,beynəlxalq təşkilatlarla iş, həmçinin gənclərlə bağlı daha sıx işlər görülməlidir. Mart bayram ayı olduğundan aksiyalar aprel ayının əvvəlinə təyin olunacaq. Birgə aprel ayının 8-i aksiya keçirməyi nəzərdə tuturuq. Mitinqlə bağlı qərarı bugünkü sessiyada verməliyik. Hakimiyyətin atacağı addımlar təbii ki, bizim atacağımız addımlara təsir edəcək".
Deyerler.org


Geri qayıt