Əsas Səhifə > Partiya > “BÜTÜN AZƏRBAYCAN XALQININ HÜQUQU TAPDALANIR”
“BÜTÜN AZƏRBAYCAN XALQININ HÜQUQU TAPDALANIR”10-03-2012, 14:36 |
İCLAMÇILARIN BAŞ MƏCLİSİ TOPLANDI Məlumata görə, bu gün partiyanın qərargahında Baş Məclisin (BM) növbəti toplantısı keçirilib. Partiyanın gündəliyində əsasən ötən Baş Məclisin qərarlarından irəli gələn vəzifələrin həyata keçirilməsi vəziyyəti və qarşıda duran əsas problemlər, ölkədə ictimai-siyasi vəziyət və beynəlxalq aləmdə baş verən son hadisələr, təşkilatı və cari məsələlər müzakirə olunub. İlk olaraq çıxış üçün söz AİP sədr əvəzi Elçin Manafova verilib. O, əvvəlcə son bir ayda etdikləri tədbirlərdən söz açıb. Daha sonra isə ölkədə baş verən dindarların növbəti həbs dalğasından danışıb. “Bildiyiniz kimi, represiyalar yenə də davam edir, qəm-kədərimiz daha da artıb, yenə də haqsız yerə saxta ittihamlarla günahsız insanlar həbs olunub. Biz narahatçılıq və təəssüf hissi keçirtsək də bu “tuthatut” islamçıları qorxutmur, hətta ruhiyələrini artırır.” Bir neçə partiya ilə görüş keçirdiklərini vurğulayan Elçin Manafov “İlk olaraq Vətəndaş İnkişaf Partiyası (VİP) ilə görüşmüz oldu. Orada VİP sədri Əli Əliyevlə ölkədə baş verən bir çox məsələləri müzakirə etdik. Bundan sonra Azərbaycan Demokrat Partiyası sədri Sərdar Cəlaloğlunun dəvəti ilə görüşümüz oldu. Sərdar bəylə də bir çox müzakirələrimiz oldu.”, - deyə bildirdi. Daha sonra çıxış üçün söz AİP funksioneri Akif Heydərliyə verilib. Akif Heydərli bildirib ki, Azərbyacan dünyəvi dövlətdir, demokratik inkişaf yolunu gedir. Burada insanların azadlığını, müstəqilliyini, hüquqlarını təmin edən ali hakimiyyət orqanları, yəni qanunvericilik hakimiyyəti, icra hakimiyyəti və məhkəmə orqanları kimi idarələr var. Baxaq görək ilk götürdüyümüz qanunverici hakimiyyət insanların haqlarını təmin edirmi? Əslində elə başlanğıcından burada nöqsanlar göz qabağındadır. Çünki ali qanunverici hakimiyyətə yalnız demokratik seçkilərə nail olaraq xalqın mənafiyini qoruya bilər. Əksinə isə qanunverici hakimiyyətə seçkilərdən çox təyinatlı məsələlərlə həll olunur. Buna görə də insanların hüquqları burada müzakirə, maraqları isə təmin oluna bilməz. “İcra hakimiyyəti məhz mən deyərdim ki, istər məhkəmə, istər qanunverici orqan hakimiyyətə sifarişçi bir təşkilat rolunu oynayır. Biz buna missal olaraq son günlərdə Qubada baş verən hadisələri misal gətirə bilərik. İcra hakimiyyəti orqanlarında əslində rüşvət və korrupsiyanın kök saldığı bir orqanda heç vaxt hüquq və azadlıqların müdafiə olunmasından söhbət gedə bilməz. Ölkədə demokratik seçki, vətəndaşların hüquqlarının bərpası, rüşvət və korrupsiyanın aradan qaldırılması olamayınca, təbii ki, Dağlıq Qarabağ probleminin həlli də mümkünsüzdü.” , - deyə sözlərini tamamlayıb. AİP Qadınlar Şurasının sədri Növrəstə İbrahimova çıxışında ölkədə insan haqlarının pozulmasından danışıb. “Ölkəmizdə məcazi mənada məhdud çərçivə içində bir neçə şəxsdən başqa bütün Azərbaycan xalqının hüququ tapdalanır. İstər məcburi köçkün, istərsə də şəhid ailələri. Onlar nə kimlərinsə evinin soyuq qalmasını, nə kimlərinsə evsiz qalmasını, nə həbsxanaya atdıqlarının mahiyyətini düşünmürlər. Əgər bunlarda bir balaca insaf olsaydı, ölkədə bu qədər haqsızlıq olmazdı.” Azərbaycan İslam Partiyasının təşkilati məsələlər üzrə müavini Rövşən Əhmədli hakimiyyətin apardığı siyasəti tənqid edərək bildirib ki, Ser Elton Con Azərbaycana gələndə, dövlət səviyyəsində qəbul ediləndə və stadiona yığılıb başına fata qoyub ərə gedən bir varlığı burada ali dərəcədə qəbul etmək və göstərmək ki, hakimiyyətə gəlmək istəyirsinizsə gərək bu qəbildən olanlara beyət edəsiniz. Azərbaycan geyparada doğru gəlirdi, çünki onun baş nümayəndəsini qəbul etmişdi. Camaat bunu susqunluqla sıradan bir şey kmi demişdi. Buna dözməyənlər sözlərini dedilər, aqibətləri də məlumdu. Amma yerdə qalanlar hələ bunu davam etdirəcəklər. Bəziləri bu addımı radikalizm adlandırır. Bu radikalizm deyil. İnsanın namusuna qeyrətinə təcavüz edəndə, əgər öz namusundan, öz qeyrətindən müdafiə edirsə bu radikalizm deyil, bu sadəcə olaraq müdafiədir. Təsəvvür edin 3 il bundan qabaq İslam Mədəniyyətinin Paytaxtı elan olunmuş Bakı, bu il geyparadla təmsil olunur. Görün nə qədər təzad var, haradan idarə olunur bu? Haranın göstərişidir bu? Və bununla nə cür insanları barışdırmaq istəyirlər? Konstitusiyada yazılıb ki, hakimiyyətin mənbəyi xalqdır və bu xalqının iradəsindən kənar hər hansı bir şey vətənə də, dövlətə də xəyanətdir. Azərbaycan İslam Partiyası məhz bu xəyanətləri qəbul etmədiyi üçün bu gün həbsləri yaşayır, bu gün narkotiklə tutulur, bu gün silahla tutulur. Amma bu bizim üçün fəxrdir. Geri qayıt |