Əsas Səhifə > Partiya > MÜXALİFƏT İCAZƏSİZ DƏ OLSA, MİTİNQ KEÇİRƏCƏK
MÜXALİFƏT İCAZƏSİZ DƏ OLSA, MİTİNQ KEÇİRƏCƏK10-03-2012, 15:04 |
İP-DƏ AKSİYA İLƏ BAĞLI FİKİR AYRILIĞI VAR İctimai Palatanın bu gün keçirilən sessiyasında İP Koordinasiya Şurasının üzvü, AXCP sədri Əli Kərimli çıxış edib. APA-nın məlumatına görə, o, mitinq keçirilməsinin zəruri olduğunu deyib. İctimai Palatanın üzvü Səxavət Əlisoy aksiyanın harada keçirilməsinin elə də əhəmiyyətli olmadığını bildirib: “Mitinqi bizim istədiyimiz yerdə, yoxsa hakimiyyətin təklif etdiyi yerdə keçirməyin elə bir fərqi yoxdur”. İctimai Palatanın üzvü Tofiq Yaqublu isə deyib ki, aksiya icazə verilib-verilməməsindən asılı olmayaraq keçirilməlidir. O, aksiyanın “Təbriz” kinoteartının qarşısında keçirilməsini təklif edib. Sonda səsvermə ilə İctimai Palatanın aprelin 8-də mitinq keçirməsi barədə qərar qəbul olunub. Mitinqin yeri barədə qərarı İP Koordinasiya Şurası verəcək. Bununla da İctimai Palatanın sessiyası başa çatıb. Geri qayıt |