Əsas Səhifə > Sosial, Manşet > DİA.AZ-IN ƏMƏKDAŞINA TƏZYİQLƏR OLUNUR
DİA.AZ-IN ƏMƏKDAŞINA TƏZYİQLƏR OLUNUR6-10-2011, 14:23 |
AĞDAMIN İCRA BAŞÇISI ÖZBAŞINADIRMI? DİA.AZ: - Ayrı-ayrı məmurların mətbuata qarşı aqressiv münasibəti artıq ənənəvi xarakter almaqdadır. Bu hal xüsusi olaraq əyalətdə özünü göstərir. Belə ki, özlərini rəhbəri olduqları rayonda toxunulmaz hesab edən və istədiklərini həyata keçirən icra başçıları sakinləri incitdikləri kimi, jurnalistlərlə də eyni şəkildə davranırlar və cəzasız qalacaqlarına tam olaraq əmindirlər. Bu cür məmurlardan biri də Ağdama rəhbərlik edən Nizami Sadıqovdur. Son günlər «Dünya» İnformasiya Agentliyinin (dia-az.life) Ağdamda və eləcə də Qarabağ bölgəsinə aid digər rayonlarda baş verən məmur özbaşınalıqlarına, eləcə də sakinlərin üzləşdiyi problemlərə xüsusi diqqət ayırması Ağdamın icra başçısını əməlli-başlı «çilədən çıxarıb». Əgər belə olmasaydı, Nizami Sadıqov cənabları DİA.AZ-ın Qarabağ üzrə bölgə müxbiri Elnur Rəhimoğlunu hədələməyi belə ağlının ucundan keçirməzdi. Əməkdaşımızın bildirdiyinə görə, bu günlərdə icra başçısı onu yanına çağıraraq təhdid edib: «Mənə bildirdi ki, Ağdamla bağlı yazıları durdurum. Mən də dedim ki, nə vaxta qədər şikayətlər olacaq, yazılar da yazılacaq. O isə bunun əvəzində məni hədələdi». Eyni zamanda Ağdamda ərazi nümayəndələyində də işlədiyini bildirən əməkdaşımızın sözlərinə görə, məhz buna görə icra başçısı onun qarşısında şərt qoyub: «Mənə dedi ki, ya redaksiyada işləyəcəksən, ya da ərazi nümayəndəliyində. İkisindən birini seç. Mən də ona redaksiya ilə əməkdaşlığımın ictimai əsaslarla olduğunu söylədim. Və bundan sonra məsələ hələ ki, açıq qalıb. Təbii ki, mən jurnalistikadan imtina edən deyiləm və rayondkı, eləcə də bölgədəki problemləri işıqlandıracağam». Geri qayıt |