Əsas Səhifə > Güney Press, Üçüncü sektor > YENİYETMƏLƏR ÖLKƏNİ TƏRK EDİR

YENİYETMƏLƏR ÖLKƏNİ TƏRK EDİR


11-03-2012, 15:23
YENİYETMƏLƏR ÖLKƏNİ TƏRK EDİR

KEÇİRİLƏN SORĞU DA BU PROBLEMİN QLOBALLIĞINI TƏSDİQLƏYİR

Dünyada hər 4 yeniyetmədən biri (26 faiz) deyir ki, onlar müvəqqəti işləmək üçün başqa ölkəyə getmək istəyərdilər. «Gallup» Sosial İqtisadi Analitik Mərkəzi bəyan edir ki, 2009-2010-cu illərdə 119 ölkədə apardığı araşdırmada bu nəticəyə gəlib. Bu rəqəm daimi miqrasiya etmək istəyən yeniyetmələrin sayından (14 faiz) iki dəfə çoxdur. Dünyada 1,1 milyard yeniyetmə var.

Afrika ölkələrinin sorğuya cəlb olunmuş sakinlərinin 49 faizi iş dalınca başqa ölkəyə müvəqqəti miqrasiya etmək arzusunu bildirib.

Amma Asiya ölkələri müvəqqəti miqrasiya etmək istəyənlərin sayına görə fərqlənir. Məsələn, Çində ölkəsini tərk etmək istəyənlər (19%) Hindistandan iki dəfə çoxdur. Hər iki ölkədə daimi miqrasiya arzusunu bildirənlərin sayı arasında isə elə böyük fərq yoxdur. Hindistanlıların 5, çinlilərin isə 7 faizi vətənini həmişəlik tərk etmək istəyir.

YENİYETMƏLƏR FƏHLƏLİYƏ DƏ RAZIDIR

Baxmayaraq ki, müvəqqəti miqrasiya arzusuna düşənlərin sayı daimi miqrasiya etmək istəyənlərin sayından daha çoxdur, hər iki qrupun profili oxşardır.
Potensial müvəqqəti və daimi miqrantlar çox gənc, orta məktəbin yuxarı sinif şagirdləridir.

Onların çoxu yad ölkədə yarım iş günü arzusundadır.

Ümumilikdə, potensial müvəqqəti miqrantlar arasında kişilərin sayı qadınlardan çoxdur, amma qadınlar daha çox işçi qüvvəsi olmaq istəyirlər, nəinki kişilər.

Amerikada yetkinlik yaşına çatanların 42, Avropada isə 38 faizi başqa ölkədə fəhlə kimi çalışmağa razı olduğunu bildirir, - Afrika ölkələrində isə yeniyetmələrin yarıdan çoxu (55 %) bu səbəbdən öz ölkəsini tərk etməyə hazırdır.

Asiyada isə onların sayı 21 faizdir.

İşləmək üçün müvəqqəti miqrasiyanın daimi miqrasiya ilə müqayisədə bir neçə üstünlüyü var. Müvəqqəti işçilər miqrasiya edilən ölkənin işçi qüvvəsi sarıdan duyduğu ehtiyacı təmin edə bilər. Tərk edilən ölkə isə müvəqqəti miqrantların evlərinə göndərdiyi vəsaitdən, o cümlədən yad ölkədə müəyyən bacarıq və bilik qazanmış adamların sonradan vətəninə qayıdıb öyrəndiklərini tətbiq etməsindən fayda götürə bilər.

«Gallup» Sosial İqtisadi Analitik Mərkəzi bəyan edir ki, sorğu 2009 və 2010-cu illərdə yaşı 15 və 15-dən yuxarı olan 141 min yeniyetmə arasında telefon və üzbəüz müsahibə yolu ilə aparılıb.

“Azadlıq” Radiosu


Geri qayıt