Əsas Səhifə > Gündəm, Manşet > HAKİM CİNAHDA DÖYÜŞƏ QOCALAR GEDİR

HAKİM CİNAHDA DÖYÜŞƏ QOCALAR GEDİR


12-03-2012, 12:36
HAKİM CİNAHDA DÖYÜŞƏ QOCALAR GEDİR

2013-CÜ İL SEÇKİLƏRİNƏ QƏDƏR KÖHNƏ HEYƏTƏ TOXUNULMAYACAQ

DİA.AZ: - Hər zaman hakimiyyət daxilində köhnə eşalonla yeni kadrların arasında bir çəkişmə ab-havasının olduğu nəzərləri cəlb edib. Bu gün də eyni situasiya qüvvəsindədir. Artıq 20-ci hakimiyyət illərinə yaxınlaşan yetərincə məmurların olması bu kimi mövzuları hər zaman aktual edib.

DİA.AZ redaksiyasına bu barədə açıqlama verən hökumət içindəki etibarlı qaynaq isə iddia edir ki, keçirilməsi 2013-cü ilə nəzərdə tutulan prezident seçkilərinə qədər həmin stajlı məmurların böyük əksəriyyəti mövqelərini qoruyacaqlar.

Mənbəmizin mövzu ilə bağlı söylədikləri: «Bu gün müxalifətdə olduğu kimi, əslində hakimiyyətin də çox ciddi kadr qıtlığı var. Kadr, hazırki şərtlərə görə o demək deyil ki, ona tapşırılacaq hansısa işin öhdəsindən gələ bilsin. Məlumdur ki, əsas olaraq nəzərdə tutulanlar bu gün yüksək mənsəb sahibi olan məmurlardır ki, onların da hələm-hələm kiminləsə rahatlıqla əvəzlənməsi qeyri-mümkündür. Yəni, məsələn, bu gün Prezident Administrasiyasına rəhbərlik edən Ramiz Mehdiyev həm bir kadr olaraq və həm də hakimiyyətdə əsas söz sahibi kimi heç də asanlıqla əvəzlənə biləcək fiqur hesab olunmur. Bu sözləri eləcə də Daxili İşlər Naziri və digər bu kimi mənsəb sahibləri barəsində də söyləmək mümkündür. Ən azından bütün bunlar hakim düşərgənin prinsipləri açısından belədir».

Mənbəmiz onu da bildirdi ki, elə buna görə də iqtidar cinahı hər zaman köhnə eşalonla yenilərin çəkişmə meydanını xatırladacaq: «Kim deyə bilər ki, hansısa digər siyasi qütblərdə eyni atmosfer mövcud deyil? O başqa məsələ ki, kiminsə görəvdən alınması hansısa ölkənin taleyüklü məsələsinə hansısa formada təsir edə bilər. Amm çəkişmə hər yerdə var və bütün siyasi ünvanlarda gənclərlə yaşlılar arsında rəqabət gedir. Sadəcə olaraq, dəyişikliyin nəyə xidmət edəcəyi burada nəzərə alınmalıdır. Yəni kimə sərf edir bu dəyişiklik və nəyə xidmət edir»…

Mənbəmizə görə, bu baxımdan hakimiyyət hələ bir siyasi cinah olaraq yetərincə toparlanmayıb ki, çox ciddi və mühüm postlarda radikal dəyişikliklər həyata keçirə bilsin: «Hələlik bu kimi planlar 2013-cü ilin prezident seçkilərinə qədər ertələnib. Bu isə o deməkdir ki, növbəti prezident seçkilərinə də YAP iqtidarı qocalarla getməyə və onlarla bir yerdə qələbə qazanmağa ümid edir. Yalnız bundan sonra hansısa yeniliklər baş verə bilər».


Geri qayıt