Əsas Səhifə > Dünya > UQO ÇAVES SAĞALDIĞINI DEYİR
UQO ÇAVES SAĞALDIĞINI DEYİR12-03-2012, 12:42 |
O, SEÇKİLƏRDƏ İŞTİRAK EDƏCƏYİNİ BƏYAN ELƏYİB Hazırda Kubada onkoloji xəstəxanada müalicə alan Venesuella prezidenti Uqo Çaves həftə sonu Karakasa dönəcəyini bildirib. Havanada onu ziyarətə gələn hökumət nümayəndələrinə təşəkkürünü bildirən Çaves, yeni şişin götürülməsindən sonra yaxşılaşdığını deyib. Televiziya vasitəsilə yayımlanan görüşdə Çaves yaxın günlərdə xərçəngin bir daha qayıtmaması üçün radioterapiyaya başlayacağını da söyləyib. O, həmçinin oktyabr ayına təyin olunmuş prezident seçkilərində də iştirak edəcəyini bəyan eləyib. Geri qayıt |